Ölkə başçısı Misir parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib - YENİLƏNİB/FOTO

Hazırda oxunan: Ölkə başçısı Misir parlamentinin Nümayəndələr Palatasının sədrini qəbul edib - YENİLƏNİB/FOTO

136098

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Misir parlamenti Nümayəndələr Palatasının sədrinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirib.  

Ulu Öndərin Azərbaycanın dövlət quruculuğunda müstəsna rol oynamış bir şəxsiyyət olduğunu vurğulayan dövlət başçısı eyni zamanda Ümummilli Liderin Azərbaycan-Misir əlaqələrinin inkişafında böyük xidmətlərini qeyd edib. 
Prezident İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfərini məmnunluqla xatırladıb, bu səfərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini deyib, səfər zamanı Azərbaycanla Misir arasında müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı, enerji, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu qeyd edib. 

Dövlət başçısı salamlarını Misirin Prezidentinə çatdırmağı xahiş edib. 

Azərbaycanda özlərini ölkələrindəki kimi hiss etdiklərini deyən qonaq Azərbaycanla Misir arasında çox möhkəm qardaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. “Azərbaycan bizə dost ölkədir və dostluğumuzun böyük tarixi var”, - deyən Hanaf Ali Əl Gebali qeyd edib ki, Misirdə Ulu Öndərin xatirəsi daim böyük ehtiramla anılır. O vurğulayıb ki, ölkə üçün çox çətin vaxtlarda məhz Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bütün sınaqlardan uğurla çıxaraq inkişaf yoluna qədəm qoyub və Prezident İlham Əliyev bu siyasəti müvəffəqiyyətlə davam etdirir. 

Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb, bu xüsusda dövlət başçısının Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında iştirakı məmnunluqla xatırladıb. 
Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu fəaliyyətinə görə təbriklərini çatdırıb, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolunun və nüfuzunun daha da artdığını qeyd edib. 

Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri dövlət başçısına xatirə hədiyyəsi təqdim edib. 

16.26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Misir Ərəb Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Hanaf Ali Əl Gebalini qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin