“Azərbaycan İslam həmrəyliyini hər zaman dəstəkləyir”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul edərkən bildirib.
Dövlət başçısı bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd edib.
Prezident Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırladıb, ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə edib, bu cür meyilləri qınadığını deyib və bir müddət əvvəl Azərbaycanda islamofobiya ilə əlaqədar çox əhəmiyyətli beynəlxalq konfransın keçirildiyini vurğulayaraq, gələcəkdə bu xüsusda birgə platformanın yaradılmasının önəmini diqqətə çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:39 / 15.05.2023
İlham Əliyev: “Azərbaycan Avropada islamofobiya meyillərinin artmasından narahatdır”
Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan Avropada islamofobiya meyillərinin artmasından narahatdır”
Hazırda oxunan: İlham Əliyev: “Azərbaycan Avropada islamofobiya meyillərinin artmasından narahatdır”
136053
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.