Asatryan Qarabağ xalçalarını necə oğurladıqlarını etiraf etdi: “Bunu xarici mütəxəssilər də bilir” 

Hazırda oxunan: Asatryan Qarabağ xalçalarını necə oğurladıqlarını etiraf etdi: “Bunu xarici mütəxəssilər də bilir” 

13599

Şuşa Xalça Muzeyi kolleksiyasının bir hissəsi bu gün Yerəvanın Aleksandr Tamanyan adına Milli Muzey-Memarlıq İnstitutunda sərgilənib.

Muzeyin qurucusu Vardan Asatryan verdiyi müsahibədə sərgidə tarixi XVII əsrə aid olan 70-dən çox xalçanın nümayiş olunduğunu bildirib.

Asatryan müsahibəsində Şuşadan qiymətli eksponatların necə daşındığı ilə bağlı da faktlara yer verib. Onun sözlərinə görə, muzeyi nə vaxtsa köçürməli olacaqları ağıllarına belə gəlməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Qarabağda Amaras monastrını ziyarət edib


Lakin Azərbaycan ordusu artıq Daşaltı kəndinə çatdığı zaman vəziyyətin heç də yaxşı olmadığını başa düşüblər və o, qondarma rejim rəhbərliyindən muzeydəki eksponatların Yerevana aparılması ilə bağlı icazə istəyib.

Asatryan sözü gedən xalçaların 30 ilə yaxın bir müddət ərzində Qarabağ ərazisindəki evlərdən yığıldığını da etiraf edib.

Onun sözlərinə görə, muzeydə sərgilənən xalçaları yığmaq üçün Qarabağı ev-ev gəzib. Məlumdur ki, I Qarabağ müharibəsi zamanı Qarabağın azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalıb.

Əksər ailələr öz evlərini bir əşya belə götürmədən tərk etməli olublar. Tərk edilmiş bu evlər daha sonra erməni silahlıları tərəfindən yağmalanıb və yandırılıb.

Azərbaycanın mədəni-tarixi abidələrinə, xüsusilə də qədimi xalçalara sahib çıxdığını yaxından müşahidə etdiyini qeyd edən Asatryan, “bunu görəndə başa düşdüm ki, irsimizi xilas etməyin yolu xalça almaqdır.

2000-ci illərdə bunu fəal şəkildə etməyə başladım”, deyə bildirib. Belə ki, Asatryan Qarabağda azərbaycanlı əhalinin tərk etdiyi evlərdən tapılan xalçaların izinə düşüb və erməni talançılardan pul qarşılığında bu xalçaları alıb.

Daha sonra əldə etdiyi eksponatlarla Şuşada Xalça Muzeyi açılması işini təşkil edib.

Kolleksiyada XVII əsrə aid çoxsaylı eksponatlar və  əsasən xüsusi simvollarla seçilən XIX əsrə aid xalça nümunələri yer alır. Xarici mütəxəssislərin ilk baxışda bunların Qarabağ xalçaları olduğunu müəyyənləşdirə bilirlər, deyə Asatryan qeyd edir.

Vardan Asatryan onu da etiraf edib ki, daşınma zamanı muzeydəki bütün eksponatları yox, məhz ən qiymətli nümunələri seçib götürüblər.

Geri qalan eksponatların 2/3 hissəsi isə maddi olaraq dəyərli olmadığı üçün aparılmayıb.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin