Xəbər verdiyimiz kimi, Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatla çıxış edib.
O, çıxışı zamanı Laçın yolu mövzusuna ümumiyyətlə toxunmayıb.
Bizim.Media xəbər verir ki, Şarl Mişel Qarabağda yaşayan etnik erməniləri “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilər” adlandırıb.
Avropa İttifaqı Şurasının Prezidenti qeyd edib ki, rəsmi Bakı etnik ermənilərlə dialoqa girməli, onların hüquq və təhlükəsizliyini qorumalıdır.
Şarl Mişel bu vaxt Paşinyanın dediyi kimi heç bir “beynəlxalq mexanizmlər”dən söz açmayıb, status məsələsini də dilinə gətirməyib.
Qeyd edək ki, aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Bizim.Media