ÜAK “Böyük Vətən müharibəsində Azərbaycanın rolu”x9d mövzusunda tədbir keçirdi

Hazırda oxunan: ÜAK “Böyük Vətən müharibəsində Azərbaycanın rolu”x9d mövzusunda tədbir keçirdi

135934
Moskvadakı Azərbaycan İcması Evində “Böyük Vətən müharibəsində Azərbaycanın rolu”x9d baçlığı alttıında Ümumrusiya Azərbaycanları konqresinin dəstəyiylə dəyirmi masa keçirildi. Ümumrusiya Azərbaycanları konqresindən verilən məlumata görə tədbirdə Moskvada yaşayıb-yaradan şairlər, jurnalistlər, ziyalılar, cəmiyyət rəhbərləri, diaspora nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə Ümumrusiya Azərbaycanlıları Konqresinin icra direktorunun müavini Samir Məmmədov açaraq xa0“İnterAz”x9d televiziya kanalının ilk təsisçisi və prezidenti, tanınmış jurnalist Saleh Xudiyevin əziz xatirəsini yad etmək eləcə də Böyük Vətən müharibəsində, xa0Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda, Qarabağın azadlığı uğrunda canından keçən əsgərlərimizin xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi.
Tədbiri aparmaq üçün sözü Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin katibi, Ümumrusiya Azərbaycanlıları Konqresinin müşaviri Nəsib Nəbioğluna verdi.xa0


Nəsib Nəbioğlu xa0qonaqları salamladıqdan sonra qeryd etdi xa0ki, -Bu gün bütün tərəqqipərvər bəşəriyyət, o cümlədən Azərbaycan faşizm üzərində tarixi qələbənin 71-ci ildönümünü qeyd edir. xa0Böyük Vətən müharibəsi bəşər tarixində ən dəhşətli, ən qanlı, ən dağıdıcı müharibə olmuşdur, bəşər tarixində ən amansız faciələrdən biri sayılır. Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycanın müstəsna rolu olmuşdur. Berlinin süquta yetirilməsində xüsusi qəhrəmanlıq göstərmiş, Qafqazdan Berlinə qədər böyük və şərəfli bir döyüş yolu keçmiş 416-cı diviziyanın qəhrəmanlıq göstərmişdir.

Nəsib Nəbioğlu vurğuladı ki, Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlığı və qəhrəmanlıqları açıqlamaq bu gün siyasi və əməli əhəmiyyətə malikdir. xa0Sovet torpaqlarını azad edən qəhrəmanlarımızın övladları, oğulları, nəvələri- əzəmət və qüdrətinə, namus və qeyrətinə arxalandığımız və güvəndiyimiz Azərbaycan əsgərləri xa0nezliklə yad əllərdə qalmış ata-baba torpaqlarını düşmənlərdən, erməni işğalçılarından azad edəcəkdir.

ÜAK- nin xa0əməkdaşı, tarix elmləri doktoru, Beynəlxalq yazıçılar və publisistlər assosiyasının üzvü Əşrəf Hüseynli çıxışında qeyd etdi ki, Böyük Vətən müharibəsi başlanarkən Azərbaycanda 416-cı Taqanroq, 223-cü Belqrad, 77-ci Simferepol diviziyaları təşkil olunmuşdur. Şəxsi heyətinin əksəriyyəti azərbaycanlılardan ibarət olan bu diviziyalar Qafqaz dağlarından döyüşə-döyüşə Almaniyaya qədər gedib çıxmış və qələbənin qazanılmasında öz töhfələrini vermişlər. Faşizm üzərində tarixi qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Bakı nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün həlledici amillərdən biri olmuşdur.xa0

Tədbirdə xa0Moskvada yaçayan tanınmış jurnalistlər;- Cəfər Sadıq Abbasov, Fuad Abbasov, Anar Həsənov, Roman Ağayev şairlər ”“ Afaq Şıxlı, Sultan Mərzili, Əliş Əvəz, Mirabbas Ağdabanlı, xa0tanınmış hüquqşünas Alışan Zakirov tanınmış ziyalı Əli Rzayev çıxış etdilər.

Tədbirdə azərbaycanlı jurnalist, Lider TV-nin Rusiya müxbiri Anar Həsənovun müəllifi olduğu "416-cı diviziya - Biz birlikdə qələbə çaldıq!" adlı sənədli filmi nümayiş etdirilib.
xa0xa0
Tədbirin sonunda Ümumrusiya Azərbaycanlıları Konqresinin icra direktorunun müavini Samir Məmmədov tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Moskva 07.05.2016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin