Cari may Cənubi Qafqaz bölgəsinə aid hadisələrlə zəngin bir ay kimi tarixə düşə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni videomaterialında qeyd edilib.
Bildirilib ki, Azərbaycan və Ermənistan XİN başçılarının rekord müddətdə davam edən Vaşinqton danışıqları mayın 19-da Moskvada davam etdiriləcək. Lakin onların nə dərəcədə birbaşa və ikitərəfli olacağı hələ ki, məlum deyil.
Bununla yanaşı, yaxın günlərdə tərəflərin dövlət və hökumət başçıları səviyyəsində Brüsseldə görüşü də nəzərdə tutulub.
“Rəsmi Bakı dəfələrlə qeyd edib ki, danışıqların məkanı və sülh sazişinin harada imzalanması bizim üçün ciddi önəm daşımır. Bizim üçün daha vacib olan sazişin mahiyyəti və mətnidir”, - deyə videomaterialda vurğulanır.
Daha ətraflı “Caliber”in yeni süjetində:
- A-
- A
- A+
Siyasət
21:56 / 13.05.2023
Brüssel raundu ərəfəsində: Danışıqları pozmağa kim cəhd edir? – VİDEO
Hazırda oxunan: Brüssel raundu ərəfəsində: Danışıqları pozmağa kim cəhd edir? – VİDEO
Hazırda oxunan: Brüssel raundu ərəfəsində: Danışıqları pozmağa kim cəhd edir? – VİDEO
135843
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.