Azərbaycan Ordusu Basarkeçər rayonunun Zod istiqamətində Ermənistanın hərbi infrastrukturunu məhv edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı görüntüləri caliber.az teleqram kanalı yayıb.
Mənbə yazır ki, Ermənistan hər çirkin təxribatına görə layiqli cavabını alır.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutmaqla qəsdən təxribat törədib.
Qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb, Novruzəlizadə Orxan Elxan oğlu isə şəhid olub.
Həmin görüntüləri sizə təqdim edirik: