Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan xalqa müraciət edib.
Bu müraciət bir sıra mühüm mesajlarla yadda qalıb.
Bizim.Media Prezidentin müaricətindən bir sıra vacib mesajları təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Prezidentinin xalqa MÜRACİƏTİ - VİDEO
1. Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsidir. Hansı ki, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atır.
2. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.
3. Azərbaycanın müasir siyasi sistemi məhz Heydər Əliyevin adı ilə bağlıdır.
4. Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib.
5. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt ölkəmizin bugünkü iqtisadi qüdrətini şərtləndirən əsas amildir.
6. Azərbaycan qazı 6 ölkəyə nəql edilir. Bir il ərzində bu ölkələrin sayı 10-a çatacaq, ondan sonra daha da geniş coğrafiyanı əhatə edəcək.
7. Son 20 il ölkəmizdə sürətli inkişaf və tərəqqi illəri olub. Bizim uzunmüddətli strategiyamız çox aydındır və daxili resurslara hesablanıb.
8. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz.
9. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır. Avropa üçün Azərbaycan çox önəmli ölkəyə çevrilib.
10. Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artıb.
11. Azərbaycanda kosmik sənayenin inkişafının çox böyük potensialı var və gələcək də məhz bu istiqamətdə inkişaf edəcək.
12. Bizim gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır.
13. Bu ilin dövlət büdcəsinə əlavələr ediləcək, o əlavələrin böyük hissəsi yenə də hərbi məqsədlər üçün nəzərdə tutulur.
14. İkinci Qarabağ müharibəsindəki Qələbə bizim tarixi uğurumuzdur, tarixi Zəfərimizdir. Bu qələbə bütün dünyaya Azərbaycan xalqının əyilməz ruhunu göstərdi.
Rüfət Sultan, Bizim.Media