Heydər Əliyev haqqında bacısının XATİRƏLƏRİ – “Qardaşımdan insaniyyət öyrənmişəm”

Hazırda oxunan: Heydər Əliyev haqqında bacısının XATİRƏLƏRİ – “Qardaşımdan insaniyyət öyrənmişəm”

135294

“Heydər hələ kiçik yaşlarından unikal uşaq idi. Həmişə diqqət mərkəzində olurdu. Hamı onu sevir, əzizləyir, az qala ona sitayiş edirdi. Bizim böyük ailəmizdə uşaqların hamısını çox sevən anam Heydəri xüsusi fərqləndirir, onunla fəxr edir, biz balacalara onu nümunə göstərirdi. Anamın Heydərə bu cür münasibəti bizdə qısqanclıq doğurmurdu, əksinə biz qardaşıma sitayiş edirdik”.

Bizim.Media xəbər verir ki, bu barədə Heydər Əliyev haqqında bacısı Rəfiqə Əliyevanın xatirələrində qeyd olunur. Bacısı mərhum liderin uşaqlıdan çox mütaliə etdiyini, teatr sənəti ilə, rəssamlıqla maraqlandığını,  hərtərəfli istedada malik olduğunu yazır:

“1943-cü ildə atam vəfat edəndən sonra Heydər bizim ailənin başçısı oldu. O, demək olar ki, özünə pul xərcləmir, bütün məvacibini anama verirdi. Naxçıvanın yaşlı sakinlərinin çoxu xatırlayır ki, Heydər o vaxt hələ çox gənc olduğuna baxmayaraq son dərəcə ciddi, təmkinli olması ilə fərqlənirdi. Buna görə də onunla münasibətlərdə artıq hərəkətlərə yol vermək hər kəsin hünəri deyildi. 
Heydər mənim üçün həmişə örnək olub və ondan insaniyyət öyrənmişəm. Adamlara diqqətli münasibəti, əməksevərliyi, təvazökarlığı və doğma yurdumuzu böyük məhəbbətlə sevməyi öyrənmişəm. Qardaşım sözün tam mənasında mənə ata əvəzi olub. Atam həyatdan tez köçüb, amma mən ata sevgisindən, ata qayğısından məhrum olmamışam, çünki Heydər qardaşımın güclü diqqətini daim öz üzərimdə hiss etmişəm”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin