“Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilibr. Şuşa alınmaz qaladır. Bunu hər kəs bilir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlib və öz arzusuna çatıb”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.
Qarabağ probleminin həllini tapmadığını, hakimiyyətdə olanların ancaq şəxsi mənafeyini düşündüklərini vurğulayan dövlət başçısı qeyd edib:
“Talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi, ovaxtkı AXC-Müsavat hakimiyyəti isə Ermənistana yanacaq satırdı. Görün, bu insanlar öz xalqına nə dərəcədə nifrətlə yaşayıblar ki, bu ağır günlərdə öz ciblərini doldurmaq üçün bu çirkin əməllərə də əl atıblar. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər”.
Belə bir şəraitdə Şuşanın işğal olunduğunu vurğulayan dövlət başçısı ondan sonra faciələrimizin daha da artdığını bildirib:
“Şuşa işğal olunandan sonra Laçının taleyi də demək olar ki, böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:30 / 10.05.2023
Dövlət başçısı: “Şuşa 1992-ci ilin mayında milli xəyanət nəticəsində düşmənə təhvil verilib”
Hazırda oxunan: Dövlət başçısı: “Şuşa 1992-ci ilin mayında milli xəyanət nəticəsində düşmənə təhvil verilib”
Hazırda oxunan: Dövlət başçısı: “Şuşa 1992-ci ilin mayında milli xəyanət nəticəsində düşmənə təhvil verilib”
135185
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.