Xəbər verdiyimiz kimi, bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.
Bizim.Media xəbər verir ki, Bülbülün ev muzeyinin, Üzeyir Hacıbəylinin heykəlinin qarşısında yaradılan səhnədə Emil Əfrasiyab və caz qrupunun çıxışı olub.
Bundan əlavə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında isə Üzeyir Hacəbəylinin “O olmasın, bu olsun” operettası izlənilib.
Həmçinin ölkəmizin incəsənət nümayəndələri də konsert proqramı ilə çıxış ediblər.
Proqram zamanı maraqlı anlar yaşanıb, rəsmilər və sənətçilər Cıdır düzündə rəqs ediblər.
Onlar arasında Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva, yazıçı Anar, Xalq artisti Polad Bülbüloğlu, Xalq artisti Həmidə Ömərova yer alıb.
Sözügedən konsert proqramından fotoları təqdim edirik:
Bizim.Media
- A-
- A
- A+
Siyasət
00:24 / 10.05.2023
Rəsmilərin “Xarıbülbül” festivalından qeyri-rəsmi GÖRÜNTÜLƏRİ - FOTO
Hazırda oxunan: Rəsmilərin “Xarıbülbül” festivalından qeyri-rəsmi GÖRÜNTÜLƏRİ - FOTO
Hazırda oxunan: Rəsmilərin “Xarıbülbül” festivalından qeyri-rəsmi GÖRÜNTÜLƏRİ - FOTO
135154
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.