Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub.
Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak edib
Bildirilib ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq.
Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır. Qeyd edilib ki, ərazidə qeyri-yaşayış binası da inşa olunacaq. A və B korpuslarından, həmçinin ofis binasından ibarət həmin binanın ümumi sahəsi 5745 kvadratmetr nəzərdə tutulub. Binanın ikinci mərtəbəsində avtodayanacaq yerləşəcək.
Sonra dövlətimizin başçısı Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməlini qoyub.
Bizim.Media