Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında gömrük əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılmasına dair Anlaşma Memorandumu”nu təsdiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə qərar “Rəsmi Qəzet”də dərc olunub.
Anlaşma Memorandumuna əsasən tərəflər bu sahədə əməkdaşlığın təkmilləşdirilməsi məqsədilə gömrük əməkdaşlığı üzrə birgə məşvərət komissiyası yaradacaq və məlumat mübadiləsi aparacaq.
Qeyd edək ki. müvafiq sənədi aprelin 27-də Azərbaycan Prezidenti İlham Əliyev də təsdiqləyib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:40 / 09.05.2023
Ərdoğan Azərbaycanla Anlaşma Memorandumunu təsdiqlədi
Hazırda oxunan: Ərdoğan Azərbaycanla Anlaşma Memorandumunu təsdiqlədi
Hazırda oxunan: Ərdoğan Azərbaycanla Anlaşma Memorandumunu təsdiqlədi
135056
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.