Vilnüs Azərbaycan prezidenti İlham Əliyevin may ayında səfərini gözləyir.
Bizim.Media Litva mətbuatına istinadən xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra mətbuat konfransında bildirib.
"Biz əməkdaşlığımızın hazırkı səviyyəsini müsbət qiymətləndiririk, son bir neçə ildə ölkələr arasında siyasi dialoq xeyli möhkəmlənib", - Litva diplomatiyasının rəhbəri bildirib.
Ceyhun Bayramov öz növbəsində qeyd edib ki, ölkələr arasında iqtisadi və tranzit-nəqliyyat əməkdaşlığının dərinləşdirilməsi yolları müzakirə olunub:
"Biz Litvanın tranzit və logistika şirkətlərini Zəngəzur dəhlizindən istifadə etməyə dəvət etdik. Azərbaycan hazırda daha çox investisiya və innovasiya cəlb etməyə çalışır. Biz Litva şirkətlərini və investorlarını azad iqtisadi zonada və sənaye parklarında yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edirik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:45 / 08.05.2023
İlham Əliyev bu ay Vilnüsə səfər edəcək
Hazırda oxunan: İlham Əliyev bu ay Vilnüsə səfər edəcək
Hazırda oxunan: İlham Əliyev bu ay Vilnüsə səfər edəcək
134878
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.