Azərbaycan və Ermənistan liderləri mayın 14-də görüşəcək

Hazırda oxunan: Azərbaycan və Ermənistan liderləri mayın 14-də görüşəcək

134843

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan mayın 14-də bazar günü Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarlz Mişelin iştirakı ilə danışıqlar aparacaq.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Financial Times" (FT) nəşri yayıb.

Adının açıqlanmasını istəməyən rəsmi şəxs deyib ki, Brüsseldəki görüş mühüm irəliləyişin əlamətidir: "Avropa İttifaqı ilə ABŞ-ın səyləri bir-birini tamamlayır".

Mənbə yazır ki, iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində İlham Əliyev, Nikol Paşinyan və Şarlz Mişel Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makronla da görüşməyi planlaşdırır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin