Sülhməramlıların komandanı yenə Bakıya gələcək?

Hazırda oxunan: Sülhməramlıların komandanı yenə Bakıya gələcək?

134803

Rusiyanın Qarabağda müvəqqəti yerləşən sülhməramlı kontingentinin komandanı Aleksandr Lentsov yenidən Bakıya gələcək və Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaq. 

Bizim.Media xəbər verir ki, bu iddia erməni mətbuatında yer alıb.

Mənbə xatırladır ki, mayın 4-də Bakıda Azərbaycanın müdafiə naziri Zakir Həsənovla keçirilən görüşdə mövcud vəziyyətin həlli ilə bağlı razılıq əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, Lentsov 3 dəfə separatçılarla, daha sonra isə İrəvanda müdafiə naziri Suren Papikyanla görüşəndən sonra Bakıya gəlmişdi. O, separatçılarla görüşdə “Laçın” sərhəd-keçid məntəqəsi ilə bağlı danışıqlar aparacağına vəd vermişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin