Prezident İlham Əliyev 4 iyun 2012-ci il fərmanı ilə təsdiq edilmiş “Dövlət Gömrük Komitəsinin strukturu”nda dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
MÖVZU İLƏ BAĞLI:
Hadrutda inzibati mərkəzin TƏMƏLİ QOYULUB
Fərmana əsasən, Bakı, Sumqayıt, Naxçıvan, Şimal, Cənub və Qərb gömrük idarələri ləğv olunub, onların əvəzinə Bakı Baş Gömrük İdarəsi, Naxçıvan Baş Gömrük İdarəsi, Astara Gömrük İdarəsi, Balakən Gömrük İdarəsi, Biləsuvar Gömrük İdarəsi, Gəncə Gömrük İdarəsi, Xaçmaz Gömrük İdarəsi, Sumqayıt Gömrük İdarəsi, Şərqi Zəngəzur Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsi yaradılıb.
Bundan başqa, Enerji resursları və dəniz nəqliyyatında Baş Gömrük İdarəsinin əvəzinə Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, eləcə də ayrıca olaraq Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi təşkil edilib.
Bizim.Media