Rizede Qarabağ parkı və Azərbaycan küçəsi - Qənirə Paşayevanın təklifi dəstəkləndi

Hazırda oxunan: Rizede Qarabağ parkı və Azərbaycan küçəsi - Qənirə Paşayevanın təklifi dəstəkləndi

134320
Türkiyənin Rize vilayətində konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Rizə bələdiyyə başçısı  Reşat Kasapla görüşüb. 

Rizə bələdiyyə başqanı son günlər ön cəbhədə yaşanan hadisələrə toxunaraq Azərbaycanda Vətən üçün şəhid olan qardaşlarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik deyib. Azərbaycanın şəhidi bizim də şəhidimizdir deyən bələdiyyə başqanı Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və bildirib ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək haqlı davasında hər zaman yanında olacağıq. Rizə bələdiyyə başqanına  təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva son günlər qardaş Türkiyədə terror aktları zamanı və ya terrorla mübarizədə həyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinə səbr diləyirik və hər zaman terrorla mübarizədə qardaş Azərbaycan yanınızdadır deyiblər. 

Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim  Rizenin də  Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva yaxın zamanlarda  Rizənin  mərkəzi parklardan birinə ”x9dQarabağ”x9d adının veriləcəyinə və orada şəhidlərimizin xatirəsinə “Şəhidlər”x9d abidəsinin qoyulacağına, mərkəzi küçələrdən birinə isə Azərbaycan adının veriləcəyinə inandığını deyib və bələdiyyə tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. 

Millət vəkili Q. Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıblar. Azərbaycanı çox sevdiyini deyən Rizə bələdiyyə başqanı Reşat Kasap Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq  Rizə bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın  Rizedə Azərbaycan küçəsi, Qarabağ parkı və  Şəhidlər abidəsi ilə bağlı təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. 

Bələdiyyə başçısına  müəllifi  olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası”x9d kitabı barədə danışan  Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Rizenin  yer alacağını bildirib: “Azərbaycan insanına  Rizeni  daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək”x9d. Rize bələdiyyə başkanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Rize bələdiyyə başkanı Reşat Kasap  dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva bələdiyyə başqanına və bələdiyyə məclis üzvlərinə  həmmüəllifi olduğu “Karabağ hikayeleri”x9dni  imzalı hədiyyə edib.
Rizede Qarabağ parkı və Azərbaycan küçəsi <i style= - Qənirə Paşayevanın təklifi dəstəkləndi" src="//old.moderator.az/fotobaza/original/12647.jpg">Rizede Qarabağ parkı və Azərbaycan küçəsi <i style= - Qənirə Paşayevanın təklifi dəstəkləndi" src="//old.moderator.az/fotobaza/original/12648.jpg">Rizede Qarabağ parkı və Azərbaycan küçəsi <i style= - Qənirə Paşayevanın təklifi dəstəkləndi" src="//old.moderator.az/fotobaza/original/12649.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin