Bu gün ABŞ-da Azərbaycan-Ermənistan danışıqlarının final raundu keçiriləcək

Hazırda oxunan: Bu gün ABŞ-da Azərbaycan-Ermənistan danışıqlarının final raundu keçiriləcək

134246

Bu gün Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-da dövlət katibi Entoni Blinkenin iştirakı ilə danışıqların final raundunu keçirəcəklər. 

Bizim.Media bu barədə cümə axşamı ABŞ Dövlət Departamentinə istinadən xəbər verir. Bakı vaxtı ilə saat 21.45-də planlaşdırılan görüşdə dövlət katibi də iştirak edəcək. 

"Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında sülh sazişi üzrə ikitərəfli danışıqların yekun iclasında dövlət katibi Entoni Blinken iştirak edəcək", - Dövlət Departamentinin məlumatında deyilir. 
Danışıqların əsas mövzusu sülh sazişidir. 

Qeyd edək ki, mayın 1-də ABŞ-də Azərbaycanın xarici işlər naziri C.Bayramov, Ermənistanın xairic işlər naziri A.Mirzoyan və ABŞ-ın dövlət katibi E.Blinken arasında üçtərəfli görüş keçirilib.

Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib. Mayın 2-də danışıqlar ikitərəfli formatda davam etdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin