“Düşünürəm ki, ABŞ-ın səyləri çox vaxtındadır və inanıram ki, bu səylər sülh müqaviləsini meydana çıxaracaq”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı amerikalı politoloq, “Transatlantic Leadership Network”un vitse-prezidenti Saşa Toperiç deyib.
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünü şərh edən Toperiç sülh müqaviləsinin imzalanacağını, bu baş verməsə belə, iki ölkə arasında bir çox qaranlıq məqamların aydınlığa qovuşacağını deyir.
“Amma sülh bağlanmasa, həm Ermənistan, həm də Azərbaycan üçün sülh sazişinə gətirib çıxarmalı olan mühüm irəliləyiş və etimadı artıran tədbirlər olacaq. Düşünürəm ki, həm Laçın, həm də Zəngəzur dəhlizləri funksional olmalıdır və hər birində keçid məntəqələri mütləqdir.
Rusiyanın Laçın dəhlizindən gələn yüklərin yoxlanılması üçün buraxılış məntəqələrinə etirazları əsassızdır və Lavrovun Rusiyanın vasitəçiliyi ilə 2020-ci ildə üçtərəfli bəyanatla çıxış etməyə çağırması yalnız Putin rejiminin Ukrayna müharibəsi səbəbindən nə qədər zəiflədiyini göstərir. Mən inanmıram ki, bu günlərdə Vaşinqtonda, həqiqətən də, sülh sazişi imzalansa, Rusiya hər hansı təxribatları nəzərdən keçirəcək”, - deyə Toperiç qeyd edib.
Rusiyanın ABŞ-dakı sülh danışıqlarına olan münasibətinə diqqət çəkən amerikalı politoloq, artıq çarlıq dönəminin sona çatdığını və Azərbaycanla Ermənistanın gələcəyə istiqamətlənən qərar qəbul etməli olduğunu vurğulayıb:
“Rusiyanın Ukraynaya təcavüzünü pisləyən BMT-nin ən son qətnaməsindən göründüyü kimi, hətta Çin də Rusiyanın pislənməsinin lehinə səs verib. Rusiya özünü çox xoşagəlməz geosiyasi vəziyyətdə küncə sıxışdırıb və hər hansı bir təxribat, şübhəsiz ki, Türkiyəni qəzəbləndirə bilər. Putin bu günlərdə bunu edə bilməz. Axı Azərbaycan və Ermənistan xalqları öz qarşılıqlı maraqlarına diqqət yetirməlidirlər və bu dəhlizlərin açılması hər iki ölkə üçün ticarət və iqtisadi rifahı artıracaq”.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 04.05.2023
Saşa Toperiç: “ABŞ-da Azərbaycan-Ermənistan sülh sazişinin imzalanacağına inanıram” – ÖZƏL
Hazırda oxunan: Saşa Toperiç: “ABŞ-da Azərbaycan-Ermənistan sülh sazişinin imzalanacağına inanıram” – ÖZƏL
Hazırda oxunan: Saşa Toperiç: “ABŞ-da Azərbaycan-Ermənistan sülh sazişinin imzalanacağına inanıram” – ÖZƏL
134150
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.