İran səfirliyindən məlumatların Ermənistana ötürülməsi məlumatına CAVAB

Hazırda oxunan: İran səfirliyindən məlumatların Ermənistana ötürülməsi məlumatına CAVAB

13414

Azərbaycan Respublikasının müdrik xalqının və cəmiyyətinin diqqətinə çatdırırıq ki, səfirlik üçüncü bir ölkənin KİV-lərinə istinadən yayılan "İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb və bu ölkəyə silah və yanacaq verib" xəbərlərini qətiyyətlə təkzib edir.

Bu barədə Bizim.Media-ya İranın Bakıdakı səfirliyindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

İran Azərbaycan ordusunun məlumatlarını Ermənistana ötürüb - faktlar


Qeyd olunub ki, İslam İnqilabının Ali rəhbərinin və İslam Respublikasının yüksək vəzifəli rəsmilərinin Azərbaycan Respublikasının mövqeyini açıq şəkildə dəstəkləmələri və işğalı qınamaları ilə bağlı açıq mövqeləri hamıya aydındır və bu mövqe dəfələrlə Azərbaycanın yüksək vəzifəli şəxsləri tərəfindən müsbət qiymətləndirilib.

"Azərbaycanın müdrik xalqı da son müharibə zamanı İran və Ermənistanın quru və hava sərhədlərinin bağlanması xəbərindən məlumatlı idi.

Bu, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də bəyan olunub. İndi İranla bir növ təbliğat qarşıdurmasında iştirak edən üçüncü bir ölkə mənbəyinə istinadən yayılan təhrikedici xəbərlər tamamilə yalandır və tərəfimizdən təkzib olunur.

İran Dağlıq Qarabağ müharibəsinin həssas dövründə Azərbaycan Respublikasına siyasi və hərbi dəstək verib. İki millətin tarixi, mədəni və dini ortaqlıqlarını nəzərə alaraq, İran və Azərbaycan xalqlarının dostluğu əbədidir və heç bir qüvvə bu cür hərəkətləri ilə ona xələl gətirə bilməz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin