Vaşinqton görüşündən SÜLH GÖZLƏNTİLƏRİ - Yekun saziş əldə olunacaqmı?

Hazırda oxunan: Vaşinqton görüşündən SÜLH GÖZLƏNTİLƏRİ - Yekun saziş əldə olunacaqmı?

134069

Vaşinqtondakı 3 günlük danışıqları nəticəsiz qalacağı ehtimalı böyükdür. Ola bilsin ki, 3 günlük danışıqlardan sonra hansısa bəyanat olsun. Belə bəyanatları isə son 30 ildə çox eşitmişik. Hələ onu demirik ki, qəbul ediləcək hansısa qərarın icrası da müşkül məsələdir. Çünki, Cənubi Qafqazda bir çox maraqlar toqquşur. Bu maraqlar ortaq nöqtədə birləşməyincə, yaxud tamamilə aradan qalxmayınca Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayacaq.
Sülh sazişini hansı qüvvələr istəmir?

Cənubi Qafqazda ABŞ-la yanaşı Rusiyanın, İranın, Türkiyənin və Qərbin də maraqları var. Bu maraqlılar arasında Rusiyanın imkanları daha böyükdür. Etiraf edək ki, Rusiyanın sülh sazişinin imzalanması üçün əlində daha çox imkanlar var. 
Lakin, Moskvanın başı Ukraynaya və beynəlxlaq sanksiyalara qarışdığı üçün Cənubi Qafqaz məsələsini gündəmdən çıxarıb. Və Kremli bu problemin ən azı bir neçə ilə uzanmasını istəyir.
 

MÖVZU İLƏ BAĞLI:

Üçtərəfli danışıqların ABŞ RAUNDU – Vaşinqtondan sülh xəbəri GƏLƏCƏKMİ?


Çox təəssüf ki, Rusiyanın maraqları ilə İranın da maraqları üst-üstə düşür. İransa digər dövlətlərdən fərqli olaraq sülh yox, müharibə istəyir. Yeni müharibənin başlanması üçün də Ermənistana bütün yardımları edir.

Fransa da sülh istəmir. Ən azından Azərbaycanı qane edəcək sülhdə maraqlı deyil. Çünki, Yelisey Sarayı məsələyə ancaq erməni maraqları bucağından baxır. 

Türkiyəyə gəldikdə isə Ankaranın maraqları Bakının maraqları ilə eynilik təşkil edir. Üst-üstə düşən bu maraqlar bizim üçün nə qədər qururverici olsa da eyni zamanda problemin həllini çətinə salır. Çünki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının qələbəsi olacaq. Bu sülh əslində Böyük Turana gedən yolun başlanğıcıdır. 

Böyük Turan isə təkcə fars rejimi ilə Rusiyanın qorxulu yuxusu deyil, həm də Qərbin kabusudur.

Ona görə də nə ABŞ, nə Qərb, nə də ki, Rusiya indiki halda Cənubi Qafqazda sülh istəmir. 

Azərbaycan sülh üçün bütün danışıqlara və vasitəçilərə açıqdır

Azərbaycan bütün sülh təşəbbüslərini, ikitərəfli və çoxtərəfli danışıqları hər zaman dəstəkləyir.

Ona görə də ABŞ-ın son təşəbbüsünə məmnuniyyətlə qoşuldu. Bir sözlə, nəticəsindən asılı olmayaraq Azərbaycan sülh üçün bütün danışıqlara açıq və sadiqdir. 

Lakin, bunu Ermənistan barədə demək olmaz. Bu dövlət ancaq sözdə müstəqildir. Reallıqda isə Ermənistan Rusiyanın vassalı, Qərbin maşası, İranın dəyənəyidir. Və bu üsullardan istifadə edən təkcə Ermənistan yox, bütövlükdə bütün haylar ayaqda dayanır.Çünki, haylar hər zaman araba kölgəsində yatıblar. Azərbaycanla davamlı sülh isə bu kölgəni hayların üzərindən ata bilər.

Azərbaycan Hayastanı ayağına gətirəcək

Bütün sülh təşəbbüslərinə məmnunluqla qoşulan Azərbaycan özünün suveren hüquqları, ərazilərinin toxunulmazlığı və regionda daha böyük gücə sahib olması üçün öz prinsiplərindən əl çəkmir. Rəsmi Bakı günbəgün daha qətiyyətli addımlar atır. Ermənistanla Azərbaycan arasında aprelin 23-də qurulan sərhəd-keçid məntəqəsi bunun növbəti sübutudur. 

Dünyanın aparıcı dövlətləri danışır, boş-boş vədlər verir, Azərbaycan isə iş görür. Xalqın iradəsinə, dövlətin milli maraqlarına söykənən bu işlərsə çox yaxın zamanda öz bəhrəsini verəcək. Ağalarından əli üzülən haylar son ümid yeri kimi Azərbaycanın ayağına gələcək. 

O gün isə uzaq deyil...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin