ABŞ-dakı danışıqlardan nə gözləmək olar?

Hazırda oxunan: ABŞ-dakı danışıqlardan nə gözləmək olar?

133976

Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə ABŞ-da davam edən Azərbaycan-Ermənistan danışıqları müharibədən sonrakı prosesdə ən uzunmüddətli danışıqlardır.

Danışıqların təxminən bir həftəyə nəzərdə tutulması onu deməyə əsas verir ki, Amerika tərəfi tərəflərin mövqelərinə maksimum aydınlıq gətirmək kursu götürüb və bu danışıqlarda iştirak edən tərəflər hansısa formada bu mövqeləri dəqiqləşdirməyə məcbur olacaqlar. Danışıqların müddəti imkan verməyəcək ki, yalnız simvolik ifadələr və formalaşdırmalarla kifayətlənsinlər.

Bizim.Media xəbər verir ki, bu fikirlər ermənilərə məxsus Telegram kanalında yer alıb.

Mənbə yazır ki, bu gün Ermənistan parlamentində deputatlar Moskvada da analoji görüşün keçirilməsini qeyd ediblər.

Bu da öz növbəsində tərəflərin uzun və hərtərəfli danışıqlardan sonra Rusiya danışıqlar platformasına gedəcəyi anlamına gəlir. Bu mənada Rusiya tərəfi üçün ikili vəziyyət yaranır.

Bir tərəfdən, danışıqlarda iştirak edənlər Amerika platformasında "əldə etdikləri razılaşmalarla" Moskvaya gələcəklər. Digər tərəfdən, Rusiyanın hazırda tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün kifayət qədər vaxtı və resursları yoxdur. Ona görə də bunu başqasının (ABŞ nəzərdə tutulur) etməsinə etiraz etmir.

Ancaq Rusiya Amerika platformasını gözdən salmağa çalışacaq. Kreml isə ABŞ-da qəbul edilən qərarlardan yararlanmağa çalışmalıdır. Çünki onun hansısa qərar verməyə imkanı yoxdur.

Ermənistan üçün Amerika danışıqlar platformasının olması daha vacibdir. Çünki Rusiya platformasında Ermənistanın mövqeyi çox zəifdir. 

Ermənistanın Moskva səfərini mümkün qədər ləngitməsi və Vaşinqtona üz tutmasının səbəbi də budur.

Amerika formatı müharibədən sonrakı qüvvələr balansında Ermənistanın xeyrinə dəyişiklik edə bilməsə də, ABŞ-ın mövqeyi Rusiyadan daha qərəzsizdir və bunun obyektiv səbəbi ABŞ-ın Rusiya kimi regionda təmsil olunmamasıdır.

Əgər Moskva Ermənistan qarşısında müttəfiqlik öhdəliklərindən tamamilə imtina etməyibsə, o zaman Vaşinqton platforması Rusiya üçün də faydalı ola bilər. Çünki Kreml artıq bu balansı təkbaşına təmin edə bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin