Qarabağ erməniləri Azərbaycan sərhədçilərindən razı qalıb

Hazırda oxunan: Qarabağ erməniləri Azərbaycan sərhədçilərindən razı qalıb

133959

Xəbər verdiyimiz kimi, Qarabağın erməni əhalisi artıq Həkəri körpüsündə quraşdırılmış Azərbaycan keçid məntəqəsindən istifadə etməyə başlayıb. Aprelin 30-da Gorusdan Xankəndinə şəxsi avtomobilləri ilə gələn bir neçə erməni pasport nəzarətindən uğurla keçərək Azərbaycan sərhədçiləri tərəfindən buraxılıb.

Prosesin video görüntüləri də yayılıb. Kadrlardan görünür ki, Azərbaycan sərhədçiləri bütün qəbul olunmuş etik normalara riayət ediblər.

Bizim.Media xəbər verir ki, baş verənlər Azərbaycanın guya Qarabağda “etnik təmizləmə” həyata keçirmək planları barədə erməni təbliğatının xəbərdarlıqlarına tamamilə zidd olduğunu bir daha sübut edir.

Yeri gəlmişkən, bu videonun yayılması həm erməni müxalifəti, həm də Xankəndidəki separatçı dairələr arasında ciddi narahatlıq yaradıb.

Separatçı rejimin nümayəndələri bildiriblər ki, hazırda ermənilərin məskunlaşdığı keçmiş Şuşa inzibati rayonunun Kiçik Qaladərəsi, Turşsu və Sarıbaba kəndlərinin sakinləri sərhəd-keçid məntəqəsindən keçiblər. Rusiya sülhməramlılarının müşayiəti ilə onlar şəxsi ehtiyacları üçün oradan mal almaq üçün Gorusa gediblər.

Sülhməramlılar onlara söz veriblər ki, qayıdandan sonra onları heç kim yoxlamayacaq, lakin Azərbaycan sərhədçiləri ermənilərin sənədlərini yoxlayıblar. Bundan sonra separatçı rejim elan edib ki, “Laçın dəhlizi” açılana qədər belə halın təkrarlanmaması üçün Qarabağ ermənilərinin Ermənistana getməsi qadağan edilib.

Lakin mayın 1-də daha 11 erməni Həkəri körpüsünün keçid məntəqəsindən istifadə edib. Onlardan 7-si Ermənistana, 3-ü isə Xankəndiyə hərəkət edib. 

“Azadlıq” radiosunun erməni xidməti Azərbaycan sərhədçilərinin yoxlamasından keçən bəzi ermənilərlə söhbət edib. Onlar təsdiq ediblər ki, yoxlama zamanı heç bir düşmənçilik təzahürünə rast gəlməyiblər, sərhədçilər ancaq sənədlərinə baxıb onlara yaxşı yol arzulayıblar.

Təbii ki, onilliklər ərzində münaqişə vəziyyətində olan iki xalq arasında qarşılıqlı etimad yaratmaq heç də asan deyil. Qarabağın dinc ermənilərini “qəzəblərini yox etmək” sxemi üzrə uzun proses gözləyir. Lakin bu yolda əsas mane Xankəndidəki separatçı rejimdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin