Xəbər verdiyimiz kimi, Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar keçirilir. Hər iki nazirin ABŞ-a səfəri dövlət katibi Entoni Blinkenin dəvətilə baş tutub.
Bizim.Media xəbər verir ki, rəsmi Moskva nazirlərin görüşünə reaksiya verib.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmalar istisna olmaqla, Qarabağın nizamlanması üçün başqa hüquqi əsaslar yoxdur.
Onun fikrincə, Bakı ilə İrəvan arasında vəziyyətin nizamlanmasına yardımı alqışlamaq olar, ancaq bu, yuxarıda qeyd olunan razılaşmalar əsasında həyata keçməlidir.
Xatırladaq ki, Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək rütbəli rəsmisi demişdi ki, ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiya mütləq münasibət bildirəcək: "Ruslar bundan məyus olacaq və mənfi reaksiya verəcək".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:14 / 02.05.2023
Nazirlərin Vaşinqtondakı görüşü ilə bağlı Kremldən REAKSİYA
Hazırda oxunan: Nazirlərin Vaşinqtondakı görüşü ilə bağlı Kremldən REAKSİYA
Hazırda oxunan: Nazirlərin Vaşinqtondakı görüşü ilə bağlı Kremldən REAKSİYA
133951
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.