Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror hazırlayır – DETALLAR

Hazırda oxunan: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror hazırlayır – DETALLAR

133946

Yaxın zamanlarda Ermənistanda 50 yeni su anbarı tikiləcək.

Bizim.Media xəbər verir ki, bunu yerli mediaya Ermənistanın Su Komitəsinin rəhbəri Vaaqn Gevorqyan deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Separatçıların TƏXRİBAT HAZIRLIĞI – Antiterror əməliyyatları üçün GERİSAYIM BAŞLADI


Ermənistan rəsmisinin bu açıqlaması təbii ki, narahatlıq doğurur. Çünki, Azərbaycanın su ehtiyatlarının bir hissəsi Ermənistandan tədarük edilir. Və ermənilər yaxın illərdə nəzərdə tutduqları 50 su anbarının inşasını reallaşdırsa, onda ölkəmizə gələn suyun həcmi xeyli azalacaq. Bu da təbii ki, ölkəmizdə əlavə problemlərə yol açacaq. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan ekoloq Ənvər Əliyev bildirdi ki, burda qəribə heç nə yoxdur:

“Çünki, qlobal istiləşməyə hər bir dövlət hazırlaşır. Ermənilər də bu məqsədlə ərazilərindəki su mənbələrindən daha səmərəli istifadə etməyə çalışırlar. Təbii ki, ermənilərin atacağı addım bizim də su ehtiyatlarımıza öz mənfi təsirini göstərəcək. Ona görə də biz də qabaqlayıcı tədbirlər görməliyik.

Ən əsası sudan qənaətlə istifadəni öyrənməliyik. Hazırda ölkəmizdə istifadə olunan suyun 40 faizi itkiyə gedir. Bu isə çox böyük itkidir. Yəni problemi əsasən özümüz yaradırıq. Ermənistanın bu addımı da bizim problemlərimizi bir qədər də böyüdəcək”.
Ekoloq onu da əlavə edib ki, Ermənistan son 30 ildə Araz və Araza axan çaylar üzərində xeyli su anbarları qurublar:

Ekoloq onu da əlavə edib ki, Ermənistanda əkinlər əsasən dəmyədir:

“Dəmyə əkinlərin isə məhsuldarlığı aşağı olur. Ona görə də ermənilər yəqin ki, bu məsələnin həlli üçün 50 su anbarının tikintisini reallaşdırmaq istəyirlər. Ermənilər bununla həm də ölkəmizi ekoloji terrora məruz qoymaq istəyirlər.

Onlar hər vasitə ilə Azərbaycana ziyan vurmağa çalışırlar. Həmin vasitələrdən biri də Azərbaycanın su mənbələrinin azaldılmasıdır. Biz indiki halda onlara bir söz deyə bilmərik. 

Amma öz işimizi yenidən qurmalıyıq. Planlı suvarma sistemi yaradılmalıdır. Sudan qənaətlə istifadəni  öyrənməliyik. Yaxşı haldır ki, Kiçik Qafqazın da su ehtiyatları artıq bizim nəzarətimizdədir. Bundan və digər mənbələrdən yararlanmaqla suya olan tələbatımızı tam ödəyə bilərik. Bir şərtlə ki, suvarma sistemi yenilənsin və ən başlıcası, qənaət rejimini öyrənə bilək”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin