Bu gün Dağlıq Qarabağ üzrə üçtərəfli İşçi Qrupun Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində növbəti iclası keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
“Bu günki, görüş zamanı 10 noyabr sülh bəyannaməsinin 9-cu bəndinin icrasından irəli gələn birgə işin əsas istiqamətləri və dövlət başçılarının 11 yanvar görüşünün 2,3,4 –cü bəndləri müzakirə olunacaq”.
Daha sonra Overçuk əlavə edib:
“Tərəflər ekspertlərin birgə təhlükəsiz yükdaşımaya görə dəmir və avtomobil yolları, yükdaşımanın təmin edilməsi, gömrükçülərin, sərhədçilərin və digər nəzarət edən insanların təhlükəsizliklərinin qorunması haqqında hesabatla tanış olublar”.
Qeyd edək ki, iclac video formatda keçiriləcək. Bu İşçi Qrupun sayca dördüncü iclasıdır.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:14 / 01.03.2021
İşçi Qrupun iclasında hansı mövzular müzakirə olunacaq? - TƏCİLİ
Hazırda oxunan: İşçi Qrupun iclasında hansı mövzular müzakirə olunacaq? - TƏCİLİ
Hazırda oxunan: İşçi Qrupun iclasında hansı mövzular müzakirə olunacaq? - TƏCİLİ
13392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.