ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün İrəvana təzyiq etməlidir.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doranın “The Wall Street Journal”da (WSJ) dərc olunan məqaləsində deyilir.
MÖVZU İLƏ BAĞLI:
Üçtərəfli danışıqların ABŞ RAUNDU – Vaşinqtondan sülh xəbəri GƏLƏCƏKMİ?
“Dövlət katibi Entoni Blinken bu həftə Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasındakı danışıqlara ev sahibliyi edib. Görüşlərdə iki ölkə arasında sülh sazişi müzakirə edilir.
Bu, Vaşinqtonun vasitəçi rolunun əhəmiyyətli dərəcədə genişlənməsindən xəbər verir. Ötən ilin noyabrında Blinken Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul edib. Lakin bu dəfə o, nəinki qonaqlarını salamlayıb, həm də onları bir-biri ilə birbaşa əlaqə saxlamağa təşviq edib”, - məqalədə bildirilir.
Müəllif qeyd edir ki, Fransa prezidenti Emmanuel Makron Cənubi Qafqaza çox diqqət yetirir. Ancaq onun səyləri açıq şəkildə Azərbaycanın deyil, Ermənistanın xeyrinədir.
“Ermənistan Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanımayana qədər məsələ həll olunmayacaq. Amma Ermənistanın baş naziri Nikol Paşinyan belə bir addım atmağa hazır deyil.
Hazır olacağı təqdirdə isə ABŞ və müttəfiqləri Qarabağda ermənilərin rifahını təmin etmək üçün İrəvan və Bakı ilə əməkdaşlıq edəcək. Təəssüf ki, senator Bob Menendez və deputat Adam Şiff kimi Amerika erməni icmasının bir çox nüfuzlu dostları İrəvana bu istiqamətdə təzyiq etmir”, - məqalədə deyilir.
Bizim.Media