"Bəzi tərəfdaşlar Zəngəzur dəhlizinin açılmasını ləngidir" - Rəşad Nəbiyev 

Hazırda oxunan: "Bəzi tərəfdaşlar Zəngəzur dəhlizinin açılmasını ləngidir" - Rəşad Nəbiyev 

133866

"Avropalı həmkarlar yaxşı bilir ki, Orta dəhliz yalnız böhranlara görə istifadə olunmur. Son 10 il ərzində biz ölkələri inandıra bilmədik ki, dəhliz çox vacibdir. Təəssüf ki, bu dəhlizin əhəmiyyəti sırf münaqişəyə görə artdı".

Bizim.Media xəbər verir ki, bunu "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" adlı beynəlxalq konfransda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

"Hazırda Orta dəhlizin əhəmiyyəti daha da artmaqdadır. Digər mühüm layihə Zəngəzur dəhlizidir. Ərazilərimizin işğaldan azad olunmasından sonra bizim ərazidə dəhlizin 70%-i inşa olunub. Lakin digər bir sıra tərəfdaşlar bu dəhlizin əhəmiyyətini və Orta dəhlizin tərkib hissəsi olmasını tam başa düşmür və layihənin başa çatmasını ləngidir, maneələr yaradır.
Ümid edirik ki, avropalı həmkarlarla da, Qərbdə olan həmkarlarla da, biz də bütün tərəfləri bu dəhlizin əhəmiyyətinə dair inandıra biləcəyik. Ümid edirəm ki, qısa zamanda bu dəhliz inşa olunacaq", - deyə Rəşad Nəbiyev əlavə edib.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin