Dövlət Departamenti: Vaşinqtonda danışıqlar bir həftə davam edəcək

Hazırda oxunan: Dövlət Departamenti: Vaşinqtonda danışıqlar bir həftə davam edəcək

133844

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dünən axşam Vaşinqton yaxınlığında başlayan müzakirələr çox konstruktiv olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri bildirib.

Mənbə yazır ki, nazirlər ilk dəfə bir neçə gün ərzində bir araya gələcəklər.

Dövlət katibi Entoni Blinkenin onlarla ayrı-ayrılıqda, eləcə də üçtərəfli formatda görüşləri olub.

ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi qeyd edib ki, ABŞ-ın əsas məqsədi Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyi təşviq etməkdir.

"Biz müzakirələrin həftə ərzində davam edəcəyini gözləyirik" deyə o, danışıqların vaxtına toxunaraq bildirib.

Dövlət Departamentinin digər yüksək rütbəli rəsmisi deyib ki, Vaşinqton həftə ərzində Ermənistan və Azərbaycan nümayəndələrinin həll yolu axtarmaq üçün birbaşa və səmimi müzakirələr aparacağına ümid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin