Azərbaycan “Sıfır ayrı seçkilik” Günündə İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya qoşulmasının 25-ci ildönümünü qeyd edir.
Bizim.Media-nın məlumatına görə, xarici işlər naziri Ceyhun Bayramov bununla bağlı tvitter hesabında paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov: “Onların məqsədləri Azərbaycan əhalisini məhv etmək idi”
"Multikultural və çoxsaylı etnik qrupların yaşadığı cəmiyyət olaraq bərabərliyə və daha yaxşı gələcək qurmağa sadiqik",- nazir bildirib.
Qeyd edək ki, BMT-nin İİV/QİÇS üzrə Birləşmiş Proqramı insanın immunçatışmazlığı virusuna yoluxmuş insanların ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması məqsədi ilə 2016-cı ildə martın 1-i “Sıfır ayrı seçkilik” Günü elan edib.
Azərbaycan da bu konvensiyaya qoşulub.
Bizim.Media