Tehran rejiminə bağlı “Azəriha” saytının yazdığına görə, Azərbaycan dövlətinin əleyhinə iş aparan, onun süqutuna çalışan, “Kərimə” adlı qondarma “dövlət” təsis etmək istəyən vətən xainləri İranda həbs edilib.
Tutulanlar Orxan Məmmədov və Tohid İbrahimbəylidir. Bu iki şəxs internet resurslarında Azərbaycana qarşı düşmənçililk toxumu səpməklə məşğul olublar.
Görəsən, İran saxladığı həmin şəxsləri Azərbaycana təhvil verəcəkmi? Bu baş versə, İran-Azərbaycan münasibətlərindəki gərginlik normal məcraya düşə bilərmi?
Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, saxlanılan terrorçular İran tərəfindən Azərbaycana ekstradisiya ediləcəksə, bu, Bakı ilə Tehran arasında münasibətlərin yaxşılaşmasına töhfə verəcək:
“İranla Azərbaycan arasında münasibətlərin düzəlməsi üçün Tehran ilk növbədə dövlətimiz əleyhinə terrorçu çağırışlar edən “Hüseyniyun” terror təşkilatının rəhbərlərini Azərbaycana ekstradisiya etməlidir.
Azərbaycanda bu təşkilat, habelə Orxan Məmmədov, Tohid İbrahimbəyli haqqında cinayət işi qaldırılıb və onlar beynəlxalq axtarışa verilib. Azərbaycanla qonşuluq münasibətləri barədə boğazdan yuxarı danışan İran yetkililəri isə həmin terrorçuların ölkəmizə təhvil verilməsinə şərait yaratmaq əvəzinə, onların müxtəlif sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə təbliğatlarına geniş yer verməkdə davam ediblər.
Təşkilatın arxasında İranın dayandığı sirr deyil. Hələ ki, onların həbsi barədə SEPAH tərəfindən rəsmi açıqlama yayılmayıb.
İran həbs etdiyi bu adamları Azərbaycana ekstradisiya edəcəksə və bunu rəsmi şəkildə açıqlayacaqsa, həmin addım Tehran-Bakı münasibətlərinin yaxşılaşmasına töhfə verə bilər. Hələlik isə həmin terrorçular Azərbaycana ekstradisiya edilmədiyindən məsələni indidən dəyərləndirməyin doğru olmadığını düşünürəm”, - deyə T. İsmayılov qeyd edib.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:30 / 29.04.2023
Saxlanılan vətən xainləri İrandan Azərbaycana ekstradisiya ediləcəkmi? - AÇIQLAMA
Hazırda oxunan: Saxlanılan vətən xainləri İrandan Azərbaycana ekstradisiya ediləcəkmi? - AÇIQLAMA
Hazırda oxunan: Saxlanılan vətən xainləri İrandan Azərbaycana ekstradisiya ediləcəkmi? - AÇIQLAMA
133465
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.