Prezident: Türkiyə idmançılarının qələbələrini Azərbaycana ərməğan etməsi xalqımızın duyğularına toxundu

Hazırda oxunan: Prezident: Türkiyə idmançılarının qələbələrini Azərbaycana ərməğan etməsi xalqımızın duyğularına toxundu

133352

“Siz doğrudan da bütün Azərbaycan xalqını sevindirdiniz. Cansu qızımız söylədi ki, Azərbaycana ərməğan edirəm. Bütün Azərbaycan xalqının duyğularına toxundu, hamımızı xoşbəxt etdi”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları Cansu Bektaş, Qamze Altun və Nuray Güngör ilə görüşdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: “Türkiyə-Azərbaycan - iki qardaş ölkə bütün məsələlərdə bir yerdədir”


Türkiyə idmançılarının İrəvanda qələbə qazanmalarının qürurverici olduğunu vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bizim qızlarımız orada bayrağı qaldırdılar və Türkiyənin Milli Marşı səslənəndə bütün orada oturanları ayağa qaldırdı.

Bax, zəfər budur, qürurverici hallar budur. Bizim dövlətlərimiz də, xalqlarımız da bu zəfərə layiqdir. İkinci Qarabağ savaşında Türkiyə həmişə bizim yanımızda idi, bütün digər məsələlərdə, idmanda hər zaman bir yerdə”. 
Gənc idmançıları növbəti dəfə Qarabağa edən dövlətimizin başçısı bildirib:

“Arzu edirəm ki, növbəti gəlişiniz Qarabağa olsun. Orada da görərsiniz ki, Şuşa şəhərində Türkiyə və Azərbaycan bayraqları yan-yana dalğalanır. Bu, xalqlarımızın qəlbində olan böyük sevginin təzahürüdür”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin