Strasburqda Axıska türkləri ilə görüşən millət vəkili Q.Paşayeva "hər zaman yanınızdayıq" deyib.xa0
Millət vəkili Qənirə Paşayeva Strasburqda Axıska türkləırini təmsil edən DATÜB Baş katib müavini və Avropa təmsilçisi Burhan Özkoşarla görüşüb.xa0
Q. Paşayeva Axıska türklərinin doğma yurda dönüş üçün uzun illərdir apardıqları mübarizəni yaxından izlədiyini, çox çətinliklə də olsa əldə edilən bəzi nəticələrin yeni situasiya yaratdığını bildirib. Problemə AŞPA səviyyəsində bəslənən münasibət, habelə Azərbaycan və Türkiyənin, eləcə də digər dost və qardaş respublikaların məsələyə münasibəti barədə fikir mübadiləsi aparılan görüşdə Gürcüstanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərdən və mövcud durumdan irəli gələn məsələlər barədə də danışılıb.xa0
Görüşdə Axıska türklərinin öz vətənlərinə dönüşü istiqamətində vəziyyət, görülən işlər, problemlər, AŞPA-dakı görüşlərin nəticələri ilə bağlı maraqlı müzakirələr də aparılıb. Axıska türklərinin dönüşü istiqamətində gedən işlərdən,problem və əngəllərdən danışan Axıska türkləri təmsilçiləri millət vəkili Qənirə Paşayevanın axıska türklərinə hər zaman əlindən gələn dəstəyi göstərdiyinə görə təşəkkür etməklə yanaşı bu istiqamətdə səylərini daha da artırmasını da xahiş ediblər. Axıska türkləri bizim qardaş-bacılarımızdı və onların problemi bizim də problemimizdir deyən millət vəkili Qənirə Paşayeva bundan sonra da əlindən gələn dəstəyi hər zaman göstərəcəyini deyib.
Millət vəkili Q.Paşayevanın Gürcüstan Parlamentinin İnsan Haqları Komitəsinin sədri Eka Besella ilə Strasburdakı görüşü zamanı da bu ölkədə yaşayan azərbaycanlılarla bağlı məsələlərlə yanaşı Axıska türklərinin öz yurdlarına dönməsi məsələsi diqqətdə olub və geniş müzakirələr aparılıb.































































































