ABŞ İrəvana sülh müqaviləsi imzalaması üçün təzyiq EDİR

Hazırda oxunan: ABŞ İrəvana sülh müqaviləsi imzalaması üçün təzyiq EDİR

133236

Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün ABŞ İrəvana təzyiq edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ nəşri yazıb. 

Nəşrin yazdığına görə, Vaşinqton sülh sazişinin ilkin variantını tərəflərin may ayının sonuna qədər təsdiq etmələrini istəyir. 

Qeyd olunub ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin köməkçisi Erika Olson bu yaxınlarda Vaşinqton variantını İrəvana, sonra isə Bakıya gətirib. 
Sənədin təfərrüatları məlum deyil, lakin bəzi mənbələrin məlumatına görə, müqavilənin Ermənistanın maraqlarına cavab vermədiyi iddia olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin