İsa Qəmbərin hazırda Kanadada yaşayan oğlu- İlkin Qəmbər 24 aprel tarixində - qondarma “erməni soyqırımı”nın “ildönümündə” paylaşım edib.
“Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın” deyə İlkin Qəmbər paylaşımında bildirib. Təbii ki, İlkinin bu paylaşımı sosial şəbəkədə ciddi etirazlara səbəb olub. Maraqlıdır ki, İlkini yaxından tanıyanlar da onun bu addımın tənqid ediblər.
İlkinin artıq uzun müddətdir ermənilərin yalan maşınına xidmət etdiyi sosial şəbəkə istifadəçiləri tərəfindən vurğulanıb.
İsa Qəmbər isə oğlunun yanlışından yox, istedadından danışıb. O, oğlunun etdiyi qəbahətdən utandığını demək əvəzinə ona təriflər yağdırıb.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Elman Nəsirov deyir ki, ermənilər növbəti dəfə qondarma “soyqırımı”nın ildönümünü qeyd etdilər:
“Yenə də dünya ölkələrinin qanunverici orqanlarının qapısını döydülər. Onların hədəfi odur ki, bütün dünyada 24 aprel “erməni soyqırımı” kimi tanınsın və buna görə də Türkiyə Ermənistana hər il təzminat ödəsin. Erməni düşməndir və onun niyyətini başa düşmək olar.
Amma “sapı özümüzdən olan baltalar”ı heç cür başa düşmək olmur. Özünü müxalifət düşərgəsinin əsas simalarından biri sayan İsa Qəmbərin oğlu İlkin Qəmbərin özünün sosial səhifəsində yazır ki,“Bu gün erməni soyqırımının ildönümüdür. Bir də olmasın”. İlkin Qəmbər “erməni soyqırımı” ifadəsini işlətməklə faktiki onu tanımış olur. Bu paylaşım onu göstərir ki, İsa Qəmbərin oğlu “soyqırımı” tanıdığını etiraf edir. Bu azmış kimi, hələ bir ehyam da vurur ki, “bir də olmasın”. Guya Türkiyə ermənilərə qarşı növbəti soyqırımını həyata keçirə bilər, amma bu olmasın”.
Elman Nəsirov bu məsələdə təəccübünü də gizlətmir:
“İsa Qəmbər oğlunu qətiyyən qınamır. Ötəri olaraq oğlunun bəzi fikirləri ilə razılaşmadığını deyir. Bununla paralel oğlunun çox istedadlı olduğunu qabardır. İsa Qəmbərin səmimiyyətinə necə inanmaq olar ki, oğlunun “erməni soyqırımı”nı tanımasına qarşı qətiyyətlə çıxmır.
Əgər doğrudan da, İlkin atasının dediyi qədər istedadlıdırsa, bu lap pis haldır. Çünki, istedadlı birisinin düşmənin maşasına çevrilməsi çox qorxuludur. İndiki halda İsa Qəmbər və oğlu türk dünyasından üzr istəməlidir. Və həmin paylaşım sosial şəbəkədən silinməlidir. Əgər bu baş verməsə, onda artıq Qəmbər ailəsinin erməni dəyirmanına su tökdüyünə heç bir şübhə qalmayacaq”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:00 / 28.04.2023
Elman Nəsirovdan SƏRT TƏNQİD – “İsa Qəmbər Türk dünyasından üzr istəməlidir”
Hazırda oxunan: Elman Nəsirovdan SƏRT TƏNQİD – “İsa Qəmbər Türk dünyasından üzr istəməlidir”
Hazırda oxunan: Elman Nəsirovdan SƏRT TƏNQİD – “İsa Qəmbər Türk dünyasından üzr istəməlidir”
133217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.