"Sərkisyan aprel dərslərindən - sarsıdıcı zərbələrdən nəticə çıxarmayıb"

Hazırda oxunan: "Sərkisyan aprel dərslərindən - sarsıdıcı zərbələrdən nəticə çıxarmayıb"

133104
Ermənistan prezidenti Serj Sarkisyan Qarabağa gəlib qayıtdıqdan sonra növbəti dəfə sərsəmləyib ki, Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. 

Xatırladaq ki, Sarkisyan indiyə qədər belə bir fikir səsləndirməmişdi. Və bir çox analitiklər hesab edirlər ki, Sarkisyanın bu fikri Ermənistanın Azərbaycana açıq-açığına müharibə elan etməsidir.

Moderator.az-a bununla bağlı açıqlama verən deputat, AVP sədri Fəzail Ağamalı qeyd edib ki, Sarkisyanın bu fikri təcavüzün açıq şəkildə ifadəsidir:

“Bu, Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsində bu gün də qərarlı olmasının göstəricisidir. Görünən odur ki, Sərkisyan aprel dərslərindən - aprel ayının ikisindən beşinə qədər milli ordumuzun vurmuş olduğu ağır və sarsıdıcı zərbələrdən nəticə çıxarmayıb. Qarabağ məsələsində Azərbaycanın mövqeyi ortadadır. Ölkə prezidenti güclü iradəsi ilə birmənalı şəkildə öz sözünü deməkdədir. Milli ordumuzun bundan sonra atmış olduğu addımların verə biləcəyi müsbət və bizə şərəf gətirəcək nəticələri göz önündədir. Sarkisyan bu bəyanatı verməklə Azərbaycan - Ermənistan münaqişəsində birbaşa məsuliyyət daşıyır. Təbii ki, bundan sonra Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcək addımlar atmaması, kompromislərə getməməsi ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Özləri bilərlər, qoy Sarkisyan özünün siyasi hakimiyyəti üçün erməni xalqını qırğına versin. Bu, bizim problem deyil, bizim bir nömrəli problemimiz işğal olunmuş ərazilərimizin tamamilə Ermənistan silahlı qüvvələri tərəfindən təmizlənməsi, Laçın da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü təmin etməkdir. Bunun üçün Azərbaycan prezidenti ilə xalqı və milli ordusu bir yerdədir. Aprelin ikisindən beşinə qədər bu fenomen öz gücünü, nəticələrini dünyaya nümayiş etdirdi. Eyni zamanda Ermənistan da bu fenomenin qarşısında diz çökdü. Bu gün də o yasdan çıxa, panikadan azad ola bilmir və bu və ya buna bənzər bəyanatlar verir. O, bəyanatlar verəcək, bizim də milli ordumuz öz sözünü deyəcək”x9d. 

Rumiyyə 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin