“Münasibətlərin normallaşmasında maraqlı olan beynəlxalq tərəfdaşlar Azərbaycanın atdığı addımları dəstəkləməlidir”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 27-də Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, tərəflər eyni zamanda Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası barədə danışıblar:
“Hesab edirik ki, bu missiya etimad mühitinin yaradılmasına diqqət etməli və Azərbaycanın legitim hüquqlarını nəzərə almalıdır. Təəssüf ki, missiya rəhbərliyinin yaxın keçmişdə verdiyi açıqlamalar missiyanın fəaliyyətinə xidmət etmir. Onlar təhrikedici açıqlamalar idi. Təbii ki, Azərbaycan bu açıqlamaya müvafiq reaksiya verib. Hesab edirik ki, sülh prosesinə mane olan açıqlamaların və addımların qarşısı alınmalıdır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:12 / 27.04.2023
Ceyhun Bayramov: “Aİ-nin Ermənistandakı missiyasının sülhə mane olan addımlarının qarşısı alınmalıdır”
Hazırda oxunan: Ceyhun Bayramov: “Aİ-nin Ermənistandakı missiyasının sülhə mane olan addımlarının qarşısı alınmalıdır”
Hazırda oxunan: Ceyhun Bayramov: “Aİ-nin Ermənistandakı missiyasının sülhə mane olan addımlarının qarşısı alınmalıdır”
133100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.