AXCP sədri Əli Kərimlinin 2 ay dövlət katibi (o zaman Prezident Administrasiyasının başçısı belə adlanırdı) işlədiyi dövrdə ölkədə ordu quruculuğu ilə bağlı mətbuatda dediyi fikirlər birmənalı qarşılanmır. Əli Kərimli deyib ki, Türkiyədən 130-140 nəfərlik xüsusi təyinatlı zabit heyəti də gəlmişdi:
”x9dDövlət katibi təyin olunan kimi dərhal işə başladım. Zabitlərin rəhbər heyətini dəvət etdim. Onlardan soruşdum ki, Bakıya gəlmiş Türkiyə zabit heyəti eyni vaxtda nə qədər əsgərimizin “komando”x9d (xüsusi təyinatlı) təlimi almasını təmin edə bilər? Dedilər ki, şərait olsa, eyni vaxtda 14 tabora (batalyon) təlim keçə bilərlər. Şərait isə o zaman üçün yox dərəcəsində idi. Rusiya ordusu Azərbaycanı tərk edərkən hətta təlim mərkəzlərini də dağıdıb getmişdi. Üstəlik, 7 min nəfərlik “komando”x9d yetişdirmək üçün zabitlər onlara azı 21 min nəfər əsgər təqdim etməyimizi istədilər. Şərtləri belə idi ki, yaxşı halda hər 3 əsgərdən biri bu təlimlər üçün yararlı ola bilər. 21 min əsgəri döyüşən ordudan götürə bilməzdik, yeni çağırışçılar səfərbər etməli idik. Həm də onların qısa müddətdə təchizatını təmin etməli idik.”x9d
AXCP sədrinin fikirlərinə münasibət bildirən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib ki, əslində Əli Kərimlinin verdiyi acıqlamada dövlət sirrinin yayılması faktı var:
”x9dQanunverciliyə görə, dövlət sirrini yayan istənilən şəxsə qarşı cinayət məsuliyyəti nəzərdə tutulur. Kimliyindən aslı olmayaraq. Bu işlə hüquq-mühafizə orqanları məşğil olmalıdır. Digər tərəfdən isə, bu gün Əli Kərimli həm də özünün iki aylıq dövlət katibi vəzifəsini qabartmaqla sankı Elçibəy hakimiyyətinin məsuliyyətini öz üzərindən atmaq istəyir. Guya o dövrdə bu iki ay ərzində dövlət katibi kimi çalışaraq böyük işlər görüb, “qəhrəmanlıq”x9d edib, ordu quruçuluğunu həyata keçirib. 21 000-lik Azərbaycan ordusunu yaradıb. Əli Kərimli nağıl danışır. Adama deyərlər ki, bu cür ordu yaratmışdınsa, Surət Hüseynovun 60 nəfərlik banditinin qarşısından niyə qaçdın?! Qorxusundan Bakını da tərk etmişdi. Ən yaxın qohumları belə Əli Kərimliyə yaxın durmurdu. İndi bu adam özündən qəhrəman obrazı yaradır. Bir daha deyirəm, bu cür ordu yaratmışdınsa, niyə qiyam edən banditlərin qarşısını almadın! Qiymanın qarşısını almaq mümkün idisə, onda Əli Kərimli prezident Elçibəyə xəyanət edib. Surətin qorxusundan Türkiyədən qayıda bilməyən adamın qəhrəmanlıqdan danışması gülünc vəziyyətə düşməkdən başqa bir şey deyil. Özü də çox adam yaxşı bilir ki, Surət Hüseynov Əli Kərimlini haqqında hansı ifadələri işlədib”x9d...






























































































