Parvan Simeonov: “Azərbaycanla birlikdə problemlərin öhdəsindən gələcəyik” - ÖZƏL

Hazırda oxunan: Parvan Simeonov: “Azərbaycanla birlikdə problemlərin öhdəsindən gələcəyik” - ÖZƏL

132788

“Hesab edirəm ki, Bolqarıstan ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədə inkişaf edir. Bolqarıstan siyasətinin qarşısında duran əsas vəzifələrdən biri Rusiyadan, xüsusən enerji təchizatından asılılığı aradan qaldırmaqdır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Bolqarıstanın “Gallup” agentliyinin icraçı direktoru, politoloq Parvan Simeonov deyib. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfərini şərh edən Simeonov  qeyd edib ki, hazırda Azərbaycanla əməkdaşlıq Bolqarıstan üçün böyük əhəmiyət kəsb edir.

“Bu gün Bolqarıstanda mühafizəkarlar və liberallar arasında güclü gərginlik var və bildiyiniz kimi Prezident Rumen Radev əslində bu gün Bolqarıstan konstitusiyasında əsas siyasi fiqurdur.

Buna görə də, Bolqarıstanın Rusiyadan asılılığının qarşısını almaq üçün Azərbaycanın çox mühüm rolu var. Xüsusən də iqtisadi əlaqələr baxımından. 

Biz bolqarlar üçün yaxşı münasibətlərin əhəmiyyəti böyükdür. Regional olaraq qarşılıqlı əlaqələrə önəm veririk. Qara dəniz, Qafqaz region və onun ətrafı ilə münasibətlər, Xəzər ətrafı ölkələrlə, xüsusən Azərbaycanla çoxlu ortaq məsələlərimiz var ki, biz həll edilməli olan problemləri bir-birimizlə bölüşürük”, - deyə bolqar politoloq bildirib.

Regionda gedən müharibə atmosferi fonunda iqtisadi asılılığın aradan qaldırılmasının Bolqarıstan üçün əsas hədəf olduğuna diqqət çəkən politoloq, Azərbaycanla iqtisadi əlaqələrin vacibliyinə diqqət çəkib:

“Bütün bu qarşılıqlı təsirlərin üçüncü mühüm siyasi təsiri, əlbəttə ki, Bolqarıstanın enerji təchizatının diversifikasiyası problemidir ki, bu da Bolqarıstan iqtisadiyyatı üçün çox vacibdir və Ukraynada davam edən müharibə və “yeni memarlıq” gücləri ilə əlaqələrdə çox vacibdir. Belə bir siyasi məqamda milli, iqtisadi maraqlarımızı, bir sözlə tarazlığı qorumaq lazımdır. Sərt siyasi şərtlərin olduğu bir dönəmdə Azərbaycan və digər bir çox ölkələrlə əlaqələr Bolqarıstan üçün çox vacibdir. Bütün bunları nəzərə aldığımız zaman Azərbaycan və Bolqarıstan prezidentlərinin görüşü, qarşılıqlı əməkdaşlığı böyük əhəmiyyətə malikdir”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin