Rumen Radev: “Geosiyasi vəziyyət birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir”

Hazırda oxunan: Rumen Radev: “Geosiyasi vəziyyət birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir”

132730

“Daha bir mühüm məqam ondan ibarətdir ki, bu təşəbbüs bizim ambisiyalarımızın səviyyəsini artırır. İndi biz artıq digər daha mühüm layihələr barədə danışmağa başlamışıq. Biz gələcəyin enerjisi - yaşıl hidrogenin nəqli barədə danışmağa başlamalıyıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Macarıstana və Slovakiyaya qaz təchizatına başlayacağıq”


İmzalanma mərasimindən sonra Prezident İlham Əliyev ilə birlikdə SOCAR-ın Sofiyada yeni ofisinin açılışını edəcəklərini vurğulayan Bolqarıstan Prezidenti bildirib:

“Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. Cənab Prezident Əliyev, mən bu münasibətlə Sizi təbrik etmək istərdim və inanıram ki, biz gələcəkdə uğur qazanacağıq. Çünki geosiyasi vəziyyət, ilk növbədə, birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin