AŞPA məruzəçisi Laçına səfər edəcək

Hazırda oxunan: AŞPA məruzəçisi Laçına səfər edəcək

132591

AŞPA-nın Laçın yolundakı vəziyyətə dair məruzəçisi, irlandiyalı deputat Pol Qavan (Paul Gavan) bu gün bəyanat verib. 

Bizim.Media xəbər  verir ki, o, iki ölkə arasında gərginliyin son aylarda artdığını, həm Azərbaycan, həm də Ermənistanın vəziyyətin pisləşməsinin qarşısını almaq üçün həll yolunun tapılmasına töhfə verməsinin vacib olduğunu deyib. 

Deputat vəziyyətlə bağlı hesabatın gecikmədən hazırlanmalı olduğunu, mayın son həftəsində Ermənistan və Azərbaycana, o cümlədən Laçın yoluna səfər etmək niyyətində olduğunu bildirib. 

"Laçın yolundakı şəraitlə bağlı ilkin təcrübəni əhatə edəcək səfərim zamanı mən bütün müvafiq həmsöhbətlərlə görüşməyə hazıram. Son günlər gərginliyin təəssüf doğuran yüksəlişinə baxmayaraq, mən əminəm ki, həm Ermənistan, həm də Azərbaycanın əməkdaşlığına və xoş niyyətinə arxalana biləcəyəm. Məqsədim ədalətli, dəqiq və dürüst hesabat hazırlamaqdır", - deyə məruzəçi bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin