"Nəciməddin Sadıkovu Xalq Cəbhəsi Müdafiə etdi" - Kəlbəcəri ermənilərə verən general - Politoloq

Hazırda oxunan: "Nəciməddin Sadıkovu Xalq Cəbhəsi Müdafiə etdi" - Kəlbəcəri ermənilərə verən general - Politoloq

13254

"Nəcməddin Sadıkov Azərbaycan hərb sistemində ən odioz (arzuolunmaz, pis) adamlardan biridir. Bu adamı o vaxt bura necə gəturdikləri məlumdur. Onu əsasən Xalq Cəbhəsi müdafiə etdi".

Bu sözləri Bizim.Media-ya açıqlamasında politoliq Cümşüd Nuriyev bildirdi. Politoloq AXC-nin Sadıkovu niyə müdafiə etdiyindən də danışdı:
 

MÖVZU İLƏ BAĞLI:

Qərargah rəisi Araik Artyunyanı niyə vurub?


"Kəlbəcərin verilməsində Nəcməddin Sadıkovun "çox böyük xidməti" olub. Çingiz Qənizadəni həbs elədilər.

Maraqlıdır ki, Kəlbəcəri verən generallar kənarda qaldı. Yəni İstintaq Komissiyasının gəldiyi nəticə tamam ayrıydı. Sənədlərin aqibəti necə oldu, onu da deyə bilmərəm.


Amma məsələ onda idi ki, güc məsələsinə qalsa, Kəlbəcərdə Azərbaycan 1-in 2-yə nisbətində Ermənistandan daha güclüydü. Kəlbəcərin alınmasında bilavasitə Ermənistan maraqlıydı.

Ruslar elə də əhəmiyyət vermirdi. Çünki o zaman orada "Zod"a heç bir yol yox idi. Əksinə Ermənistan üçün bir dalan idi.

Amma o vaxt Nəcməddin Sadıkov təklif etdi ki, BMT Təhlükəsizlik Şurası qərar çıxarsın deyə Kəlbəcər verilməlidir. Kəlbəcər də verildi. 
 

Ermənistanda hansı generallarla münasibəti olduğunu deyə bilmərəm, amma bu adamın Azərbaycan ordusuna, xalqa vurduğu ziyan çox böyükdür. Təkcə Nəcməddin Sadıkov yox, onun əmrlərini icra edənlərdən Müdafiə Nazirliyində yəqin ki, qalanlar var.


Onlar ortaya çıxarılmalıdır. Çünki mətbuatda oxudum ki, orada informasiya mərkəzində anası ermənilər oturub. 

Azərbaycan ordusunun uğur əldə edə bilməməsi, yaxud uğur qazananların bu və ya digər formada aradan götürülməsinin 1 nömrəli günahkarı Nəcməddin Sadıkovdur. 3 minə qədər günahsız Azərbaycan əsgərinin  şəhid olmasında bu adamın əli var."

Cümşüd Nuriyev qeyd etdi ki, amma bu adamı çox yüksək səviyyədə qoruyurlar. Görünür hansısa qüvvələr üçün gələcəkdə hələ lazım olacaq.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin