“Euronews” Rasmusseni İFŞA ETDİ – “NATO-nun keçmiş sədri Ermənistandan maliyyələşir”

Hazırda oxunan: “Euronews” Rasmusseni İFŞA ETDİ – “NATO-nun keçmiş sədri Ermənistandan maliyyələşir”

132010

Dünyaca nüfuzlu “Euronews” nəşrində NATO-nun sabiq sədri Anders Foq Rasmussenin pul qarşılığında Ermənistan lehinə lobbiçilik etdiyi ilə bağlı məqalə dərc olunub. 

Bizim.Media sözügedən məqaləni təqdim edir: 

Ukraynadakı bu müharibə NATO-nun sülh təmin edən təşkilat olmasını şübhə altında qoydu. 

Bəs, NATO-nun keçmiş baş katibi NATO ittifaqına daxil olmayan ölkə ilə uzunmüddətli rəqibi və qonşusu arasında sülhü möhkəmləndirmək üçün getdiyi zaman niyə bəzi sualların yaranmasına səbəb oldu? 

Bu suallar martın ortalarında keçmiş baş katib Anders Foq Rasmussenin Ermənistana səfəri zamanı münaqişədən sonra Azərbaycanla sülh müqaviləsi bağlamaq istəyəndə daha qabarıq şəkildə ortaya çıxdı. 
Ermənistan təkcə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hərbi alyansının üzvü deyil, həm də təşkilatın sədri olduqda NATO-nun keçmiş rəhbəri səfər üçün Ermənistan hökuməti tərəfindən pul alıb ki, bu da suallara bəzi cavablar tələb edir. 

Rasmussen bunu heç bir müsahibəsində, tvitində və media məqalələrində qeyd etməyib. Hətta onun Rusiyanın hərbi müttəfiqi olan Ermənistanla əlaqələri Aİ-nin lobbiçi reyestrində qeyd edildiyi halda belə o bunu etməli idi. 

Rasmussenin qeyri-şəffaflığı mövqeyinin nə qədər qeyri-ciddi olmasını ortaya qoyur. Onun statusunda olan bir insana bu yaraşmaz. Rasmussen hələ də çoxlarını təəccübləndirməyə davam edir və troll ordusunu hərəkətə gətirib. 

Amma əsl sürpriz ermənilərin pul ödəyərkən dedikləridir. Səfərinin ən mühüm media müsahibəsində o, sülh perspektivlərindən və Azərbaycan ilə sülh müqaviləsi imzalanacağı təqdirdə Ermənistan xalqının danılmaz iqtisadi faydaları haqqında danışıb. O, eyni zamanda, bu sülhə nail olmaq üçün Azərbaycan sərhədləri daxilində separatçı tanınmamış dövlət olan Dağlıq Qarabağın statusunun tənzimlənməsi faktını da qaldırıb. 

Rasmussenin bunu etməkdə yalnız bir məqsədi var: Ermənistanın Rusiya ilə dost olub-olmamasından asılı olmayaraq, qonşularla sülhün hər bir ölkəyə fayda verməsi faktını danmaq olmaz. 
Ermənistanın Rusiya ilə dost olub-olmaması – həm Moskvanın Avrasiya İqtisadi İttifaqına, həm də hərbi alyansına üzvlük hər iki dövlətin yaxın ola biləcəyinə işarə kimi anlaşıla bilər. 

Sülhün və iqtisadi tərəqqinin ən optimal variant olması fikri sosial media “döyüşçülərini” dəliyə döndərdi və Rasmusseni sosial məcrada hədəf çevirdi. Hətta biri onu əsasən Azərbaycanın ictimai əlaqələri üçün çalışmaqda ittiham edirdi. 

Ermənistan hökuməti və diasporu parçalanmaya doğru gedirmi? Ola bilsin ki, Ermənistan hökuməti düzgün lobbiçi seçib. 

O, fikrini uzun müddət Ermənistan dövlətinin xarici siyasət istiqamətinə təsir edən ABŞ və Fransadakı güclü erməni diasporunun eşitmək istədiklərini kimi deyil, olduğu kimi söylədi. 

Azərbaycanla sülh və iqtisadi əməkdaşlıq, Rusiyadan asılılığın alternativi olaraq qaldığı bir halda, Ermənistanın yoxsul və açıq-aşkar əziyyət çəkən vətəndaşları üçün rifaha aparan yeganə əlverişli yoldur. 

Mənim kimi keçmiş sovet dövləti müşahidəçilərinə deyə bilərəm ki, bir müddətdir, Ermənistan dövləti ilə erməni diasporunun yolları ayrılır. Litvada olduğu kimi, Ermənistanın müstəqilliyinin ilk bir neçə ili onun liderlərinin diaspordan ayrıldığını göstərir. 
Erməni diasporu 1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı işğalçı müharibədə işğal etdikləri Azərbaycan ərazisi olan Qarabağı müstəqil dövlət kimi tanıtmaq istəyib. Regionun Azərbaycanın suveren ərazisi kimi hüquqi statusunu müdafiə edən BMT-nin dörd qətnaməsinə məhəl qoymadan diaspora uzun müddətdir ki, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın, həmçinin Artsaxın tanınması üçün lobbiçilik edir. 

Bu arada regionda ədalət bərqərar oldu, son iki ildə hər şey dəyişdi. Azərbaycan 2020-ci ildə Dağlıq Qarabağın əksər ərazilərini geri qaytardı. Bu gün Ermənistanın nəzarətində yalnız bir ərazi qalıb. 

Bir neçə ciddi beynəlxalq ekspert bu məsələnin həll olunmasının yalnız vaxt məsələsi olduğu fikrini dəstəkləyə və beynəlxalq hüququn lehinə qarşı danışa bilər. Ermənistan Azərbaycanla atəşkəs elan etməyə məcbur oldu. Avropa İttifaqının iclasında Ermənistan və Azərbaycan Qarabağla bağlı sülh danışıqlarına başlamaq barədə razılığa gəlib. 

Rasmussen Ermənistan hökumətinin səyahət istiqaməti ilə bağlı gəldiyi nəticəni dilə gətirməsi, ola bilsin ki, siyasi səbəblərdən özlərinin açıq şəkildə söyləməkdə çətinlik çəkdiklərini ifadə edir. Rasmussenin üzərinə düşən sosial media “ordusu” bəlkə də həqiqətən Qarabağın gələcəyi ilə bağlı versiyalarının puç olması ilə bağlı məyusluqlarını ortaya qoydu. 

Rasmussen Ermənistana getməkdə haqlı idimi? 

Şübhəsiz ki, Rasmussel bunun ödənişli iş səfəri olduğunu daha qabarıq şəkildə bildirməli idi. Lakin onun səfəri, görünür, İrəvana öz gündəliyi barədə əvvəlkindən daha aydın danışmaq üçün qapı açdı: Ermənistanın baş naziri Nikol Paşinyan gedəndən dərhal sonra KTMT-ni tənqid edib və Tvitter səhifəsində Azərbaycanla sülh müqaviləsinin olacağına inandığını bildirib. 

Rəsmi Bakı Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə vasitəsilə “bölgəmizdə ərazi bütövlüyü və suverenliyi hökm sürməlidir”, - deyə cavab verib. 

Bu, iki xalqın illərdir ictimaiyyət qarşısında bir-birinə cavab olaraq söylədiyi ən ədalətli, ən hesablanmış sözlər idi. 

Rasmussen isə bunun əvəzinə Ermənistanı silahlandırmağa çağırıb. 

Rasmussen çaldığı havanı bir az dəyişib. Ola bilsin ki, buna “Üzüklərin Rəbbi” trolları öz təsirini göstərib. “Project Syndicate” jurnalına yazdığı məqalədə Rasmussen, Azərbaycanla növbəti münaqişənin qarşısını almaq üçün Aİ-yə Ermənistanı silahlandırmağı təklif edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin