İsrail rəsmilərinin Bakıya səfəri İranı QORXUYA SALDI – SEPAH yenidən SƏRHƏDİMİZDƏ

Hazırda oxunan: İsrail rəsmilərinin Bakıya səfəri İranı QORXUYA SALDI – SEPAH yenidən SƏRHƏDİMİZDƏ

131908

Xəbər verdiyimiz kimi, İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycana iki günlük səfərə gəlib. Eli Kohen səfər zamanı kibertəhlükəsizlik, su idarəetməsi, kənd təsərrüfatı sahələri üzrə 20 İsrail şirkətinin nümayəndələri müşayiət edib. Burada o, Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşüb. 

Xatırladaq ki, Kohenin Bakıya gəlişindən bir müddət əvvəl C.Bayramov İsraildə səfərdə olub. 

Eyni zamanda ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri, ABŞ və İsraildə fəaliyyət göstərən rejissor, prodüser, jurnalistlər və digərlərindən ibarət nümayəndə heyəti də işğaldan azad olunmuş ərazilərimizə səfər ediblər.

Onlar Cəbrayıl rayonunda olaraq Xudafərin körpüsünü və Şuşanı ziyarət ediblər. Bu səfərdə məqsəd Azərbaycan həqiqətlərini İsrail və ABŞ ictimaiyyətinə çatdırmaqdır.

İsraildən olan nümayəndələrin Azərbaycana səfəri fonunda İranın SEPAH təşkilatı tərəfindən ölkəmizə qarşı növbəti təhdidə yol verilib.

İran Azərbaycanla sərhəddə radar sistemləri quraşdırıb. SEPAH-ın Qüds qanadına bağlı teleqram kanalının məlumatında deyilir ki, İran-Azərbaycan əlaqələri gərginlik yaşadığı dönəmdə, İran ölkənin şimal-qərbində bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, İranın radar sistemləri quraşdırmaqda məqsədi Azərbaycanla bağlı kəşfiyyat işləri aparıb, məlumatları İrəvana ötürməkdən ibarətdir: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan-İsrail arasında imzalanan SƏNƏDLƏR - FOTO


“İranın sərhəddə radar sistemləri qurması Azərbaycan ərazisində kəşfiyyat işləri aparmaq, Ordumuzun hərəkət trayektoriyasını müəyyənləşdirmək məqsədi daşıyır. Onlar sonradan yığılmış məlumatları Ermənistan tərəfə ötürürlər. Belə çirkin əməli İran 44 günlük müharibə dövründə etmişdi. 

Belə ki, həmin dövrdə İran Azərbaycanla sərhəddə radar sistemləri və dinləmə stansiyaları quraşdıraraq, Azərbaycan Ordusunun hərəkət trayektoriyası, əməliyyat şəraiti və s. haqqında məlumatları İrəvana ötürüb. Tehran indi də həmin siyasəti davam etdirir. Digər tərəfdən, İsrail XİN rəhbərinin ölkəmizə səfəri fonunda İran tərəfindən atılan bu addım Tehranın guya güc nümayişi kimi də başa düşülə bilər. 
İran bununla alçaq, murdar işlərindən əl çəkmədiyini bir daha nümayiş etdirir. Tehranın bu hərəkəti göstərir ki, bu yaxınlarda İran XİN rəhbərinin Azərbaycan XİN rəhbərinə iki dəfə zəng edərək telefonla danışması da sadəcə gözdən pərdə asmağa hesablanmış addım olub. İran hər zaman riyakar xarakterli siyasət yürüdüb. Onun münasibətləri heç zaman səmimi xarakter daşımayıb. 

Azərbaycan belə vəziyyətdə ordu quruculuğu işlərini gücləndirməli, hərbi xərcləri artırmalıdır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin