Ermənistanın növbəti TƏXRİBAT HAZIRLIĞI – “Mülki əhali silahlandırılır”

Hazırda oxunan: Ermənistanın növbəti TƏXRİBAT HAZIRLIĞI – “Mülki əhali silahlandırılır”

131878

Aprelin 19-da erməni mediasına müsahibəsində “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Armen Xaçatryan deyib ki, Teğ (Dığ – red.) kəndinin sakinlərinə silah verilməməsi ilə bağlı deyilənlər yalandır:

“Müdafiənin təşkili problemi yarananda kəndin özünün strateji planı, döyüş şəraitində əhalinin davranış qaydaları olmalıdır. Hər bir kəndli öz yerini bilir. Kənddə silah anbarı var, hər bir silahın kimə aid olduğu və nə vaxt verilməli olduğu qeyd olunub. Hər bir sakin bilir ki, silahı haradadır, haradan alsın, harada dayansın. Bu, digər kəndlər üçün də nümunə olmalıdır”.
Paşinyanın partiya silahdaşının dediyi bu sözlər növbəti təxribatın anonsudur. Ölkənin ordusu ola-ola, mülki əhalinin silahlandırılmasının heç bir məntiqi izahı yoxdur. Bunun tək bir izahı var: Ermənistan növbəti təxribata hazırlaşır.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Tural İsmayılov bildirib ki, Ermənistan hakimiyyəti ikibaşlı oyun oynayır:
 

MÖVZU İLƏ BAĞLI:

Dığ kəndi ərazisində vəziyyət necədir? - Paşinyandan AÇIQLAMA


“Bununla da informasiya manipulyasiyası yaratmağa çalışır. İnformasiya manipulyasiyasının birinci tərəfi ondan ibarətdir ki, guya hakimiyyət ermənilərin hərtərəfli qayğısına qalır. Xarici auditoriya üçün də belə bir fon yaradır ki, guya Ermənistana Azərbaycan tərəfindən ciddi təhdid və hədə var. Ona görə də mülki əhali silahlandırılır. 

İkinci tərəfdən isə yerli əhali növbəti dəfə provakasiyaya çəkilir. Dığ kəndindən Azərbaycan hərbçilərinə qarşı hazırlanan təxirbatların hədəfi Laçın rayonunda aparılan quruculuq-abadlıq işlərini durdurmaqdır.

Bildiyiniz kimi, ölkə başçısının bu ilin sonunadək laçınlıların Laçına qayıdacağı ilə bağlı verdiyi mesajlar Ermənistanda ciddi təşviş yaradıb. Və Ermənistan tərəfinin əhaliyə silah paylanılması ilə bağlı informasiyanı yaymaqla təkcə gündəm yaratmır, həm də erməni əhalisini növbəti təxribatlara cəlb etməyə çalışır”.

Politoloq onu da əlavə edib ki, Dığ kəndindən törədiləcək növbəti təxribatı rəsmi İrəvan öz üzərindən atmaq planlarını da qurur:

“Əgər ötən təxribatda rəsmi İrəvan ordu içərisində “5-ci kolon”un mövcudluğu bəhanəsini gətirmişdisə, bu dəfəki təxribatı yerli sakinlərin özünümüdafiə addımı kimi izah etməyə çalışacaq. Ona görə də hesab edirəm ki, rəsmi İrəvanın Dığ kəndi ətrafında etdiyi manipulyasiyalar kifayət qədər təhlükəlidir. Yaxın zamanlarda bu ərazidən növbəti təxribatın törədilmə ehtimalları xeyli güclüdür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin