Ərdoğan Ermənistandakı vəziyyətə münasibət bildirdi: “Çevrilişə qarşıyıq”

Hazırda oxunan: Ərdoğan Ermənistandakı vəziyyətə münasibət bildirdi: “Çevrilişə qarşıyıq”

13187

“Ermənistanda hökumətin dəyişdirilməsi ilə ordu yox, xalq məşğul olmalıdır. Türkiyə çevrilişlərin əleyhinədir”.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğandan Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı PAYLAŞIM


"Biz hər hansı bir çevrilişə qarşıyıq. Ordunun siyasətə müdaxiləsi qəbuledilməzdir. Əgər hökuməti dəyişdirmək lazımdırsa, o zaman bunu erməni xalqı etməlidir. Bu iş onların öhdəsinə buraxılmalıdır”, deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyadan alınan “İskəndər” raketləri barədə anlaşılmaz sözlərindən sonra İrəvanda növbəti siyasi böhran alovlanıb.

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini Baş naziri işlətdiyi ifadələrə görə lağa qoyub. Sonra isə onun istefası Paşinyan tərəfindən ölkə prezidentinə təklif edilib.

Cümə axşamı səhər Ermənistan Silahlı Qüvvələri Paşinyanın istefasını tələb edən bir bəyanat yayıb.

Baş nazir bunu çevriliş cəhdi kimi qiymətləndirib və tərəfdarlarını küçələrə çıxmağa çağırıb. 

Bu vaxt müxalifət küçələrdə barrikadalar quraraq baş nazirin istefasını tələb edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin