Qeydiyyat üçün ZAMAN DARALIR – Bəs, partiyalarda durum nə yerdədir? – SORĞU 

Hazırda oxunan: Qeydiyyat üçün ZAMAN DARALIR – Bəs, partiyalarda durum nə yerdədir? – SORĞU 

131717

“Siyasi partiyalar haqqında” qəbul olunmuş yeni qanuna görə  partiyaların qeydiyyatı, maliyyə və digər məsələlərlərlə bağlı yeni qaydalar müəyyən edilib. Və öz fəaliyyətlərini yeni qanunun tələblərinə uyğun qurmaları üçün partiyalara 6 ay vaxt verilib. Artıq partiyalara verilmiş 6 aylıq vaxt bitmək üzrədir. 

Bəs, siyasi partiyalar yeni qanunun tələblərinin icrası istiqamətində üzərlərinə düşən işləri başa çatdırıblarmı?

İlk həmsöhbətimiz Müsavat Partiyasının başqanı Arif Hacılı oldu. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Müsavat Partiyasının bu məsələ ilə bağlı hər hansı bir problemi yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Partiyaların yeni qanunla bağlı NARAHATLIĞI – “Şəxsi məlumatlar tələb olunmamalıdır”


“Yenidən təşkilatlanmaya ehtiyac yoxdur. Çünki, Müsavat Partiyası Nizamnamə çərçivəsində fəaliyyət göstərən, Nizamnaməsində qəbul etdiyi və “Siyasi partiyalar haqqında” qanunda mövcud olan bütün qaydalara həmişə əməl edərək fəaliyyət göstərən bir təşkilatdır. Əgər hər hansı sənədlərin təqdim edilməsi ilə bağlı siyasi qərar qəbul ediləcəksə, bu Müsavat Partiyası üçün problem yaratmayacaq”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə hələlik hər hansı yeniliyin olmadığını bildirib:

“Ədliyyə Nazirliyindən bu məsələyə start verilməlidir.Və biz də sənədlərimizi hazırlayıb verməliyik. Partiya olaraq biz üzvlərimizin sayını dəqiqləşdirmişik. 20 minə yaxın partiya üzvümüz var.

Yeni qanunun tələblərinə uyğun zəruri tədbirləri görmüşük. Ədliyyə Nazirliyinin məsələ ilə bağlı qərarından sonra biz digər zəruri addımları atacağıq. Hələlik Partiyamıza Nazirlikdən hər hansı bir informasiya daxil olmayıb”.
Ağ Partiyanın sədri Tural Abbaslı isə qeyd edib ki, hələ qanun qəbul edilməmişdən əvvəl partiya siyahıları hazırlanıb:

“Qanun qəbul olunandan sonra siyahıları ilk hazır olan partiyalardan biri bizik. Çünki, biz qanuna görə üzv yığmırdıq. Adi işçi qaydasında partiya üzvlüyünə qəbulumuzu aparırdıq. Ona görə də bizim elə bir problemimiz yoxdur. Siyahılarımız da işçi qaydasında hazırdır. Üzvlərimizin sayı da kifayət qədər çoxdur. İndi gözləyirik ki, Ədliyyə Nazirliyi lazımi prodsedur qaydaları təsdiqləsin və bundan sonra biz sənədləri təqdim edəcəyik”. 


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi – bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin