Erməni Vahid Məlumat Mərkəzi könüllülərin seçimi barədə məlumat yayıb.
Bizim.Media xəbər verir ki, könüllü işləmək istəyənlərdən Azərbaycan dilini bilmək də tələb olunur. Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərini də yazılı şəkildə bilmək vacib şərtlərdəndir.
Erməni könüllülərdən xarici KİV-ləri izləmək, “Facebook”, “Instagram”, “Telegram”, “VKontakte” və “Odnoklassniki” kimi sosial şəbələrdə işləmək bacarığı da tələb olunur.
Onlar hər gün saat 12:00-dan 18:00-dək iş başında olmalıdırlar. Əslində, ermənilərin azərbaycanca bilən könüllülərə ehtiyac duymasının səbəbi bəllidir. Onlar bununla azərbaycanca sosial şəbəkələrdə dezinformasiya, saxta xəbərlər tirajlamağa çalışırlar.
Bizim.Media