Qazaxıstan səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

Hazırda oxunan: Qazaxıstan səfirliyi Azərbaycan xalqına başsağlığı verdi

13156

Qazaxıstan səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. 

Bizim.Media xəbər verir ki. bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib. 

“Qazaxıstan səfirliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə əlaqədar qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.

Azərbaycan xalqının kədərini və ağrısını bölüşür, bu cinayətin qurbanlarının əziz xatirəsini yad edir.

Xocalı faciəsi kimi hadisələrin gələcəkdə bir daha baş verməməsi üçün dünya ictimaiyyətinin səylərinin əsirgəməməsinin vacib olduğunu hesab edirik”, - deyə qeyd olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin